Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İki ərəb şahzadəsinin 450 milyonluq "dəyiş-düyüş"ü -VİDEO - FOTO

İki ərəb şahzadəsinin 450 milyonluq "dəyiş-düyüş"ü -

 

 

Dahi italyan rəssam Leonardo Da Vinçinin "Salvator Mundi" əsəri  ötən ilin noyabr ayında Nyu-Yorkda keçirilmiş Christie's hərracında 450,3 milyon dollara satılmışdı

 

Yenixeber.org: Sonradan bəlli olmuşdu ki, əsəri satın alan Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın yaxın adhamı, şahzadə  Bader bin Abdulla bin Məhəmməd bin Fərhan əl Səuddur.

2015-ci ilin dekabrında isə Fransanın Versal şəhərinin yaxınlığında, Luvesyenin yanında yerləşən və bir zamanlar kral 14-cü Lüdovikə məxsus olmuş qəsr 300 milyon dollara satılandan sonra da alıcının Məhəmməd bin Salman olduğu aşkarlanmışdı.

Həmin qəsri və "Salvator Mundi"nin alıcıları sənədlərə görə, şahzadə Məhəmmədə məxsus "Eight Investment Company"dir.

Səudiyyə Ərəbistanıda varis şahzadə korrupsiya və ölkə elitasının ifrat varlanmasına qarşı kampaniyanın təşəbbüskarı kimi tanındığından şedevrlə qəsrin alınması xəbəri onun nüfuzuna zərbə olub.

Fəqət, "Salvator Mundi" ilə bağlı yeni təfərrüatlar aşkarlanıb.

Sən demə, bu əsəri alması bilinəndən sonra Səudiyyə Ərəbistanını kralı tərəfindən sərt tənqid olunan şahzadə "Salvator Mundi"ni superlüks yaxta ilə dəyişib.

Belə ki, Nyu-Yorkdakı hərraca, əsəri almaq üçün Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri, şeyx Məhəmməd bin Zayed də adamını yollayıbmış. ƏSər uğrunda iki şahzadənin nümayəndələri arasında qızğın mübarizə də olubmuş.

Çünki inişil "Salvator Mundi" əsəri Qətərin hakim ailəsinə 80 milyon dollara təklif olunmuş, lakin satın alınmamışdı.

Əsər rusiyalı milyarder Dmitri Rıbolovlelə məxsus idi.

Sonucda şahzadə Məhəmməd bin Salman "Salvator Mundi"ni BƏƏ şahzadəsinin "Topaz" adlı yaxtası ilə dəyişib.

Beləcə, şahzadə Məhəmməd bin Salmanın artıq 3 superyaxtası var.

O, 2014-cü ildə rusiyalı milyarder Yuri Şeflerdən "The Serene" yaxtasını 550 milyon dollara, həmin ilin iyun ayında isə amerikalı investor Ronald Tutordan "Pegausus 8" yaztasını 125 milyon dollara almışdı.

Videonu izləmək üçün şəklə klikləyin:

İki ərəb şahzadəsinin 450 milyonluq  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam