Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Ekran və efirdə ədəbi dil normaları” layihəsi üzrə təlimlər başlayıb(FOTO)

 

Lider televiziyasında “Ekran və efirdə ədəbi dil normaları” layihəsi üzrə təlimlər başlanıb.

Yenixeber.org: Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində Lider Televiziyasında ilk təlim keçirilib. Təlimdə Lider televiziyasında çalışan gənc aparıcı və reportyorlar iştirak ediblər.

İştirakçılara layihə barədə ətraflı məlumat verən Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinq nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Layihə çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçirilir.

Lider televiziyasında layihə üzrə ilk təlimçi AMEA Dilçilik İnstitutu, Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qazıyevanın “Azərbaycan teleməkanında ədəbi dil normalarının qorunması qaydaları” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar. Təlimçi Azərbaycan ədəbi dilinin norma və qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib, konkret nümunələrlə gənc reportyor və aparıcıların nitqindəki fonetik, leksik, qrammatik və üslubi qüsurları təhlil edərək, onların aradan qaldırılması yollarını göstərib.

İnteraktiv formada keçən təlimdə dosent N.Qazıyeva iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Təlimlərdə AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlər iştirak edəcəklər.

İlkin olaraq Xəzər televiziyasından başlayan layihə Gəncənin Kəpəz televiziyasında və Lider televiziyasında uğurla davam etdirilir. Təlimə qatılan gənc jurnalistlərə dilçilik, nitq mədəniyyəti, televiziya və radio aparıcılarının iş xüsusiyyətləri ilə bağlı nəzəri bilgilər verilir, praktik məşğələlər tətbiq olunur.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam