Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şaxəndanxda kimlər yatır?FOTOLAR

 

 

 

Şaxəndan Şamaxı şəhərində görkəmli şəxsiyyətlərin dəfn olunduğu tarixi qəbiristandır

Yenixeber.org: Buranı tarixi edən əlamətlərdən biri də orada yerləşən türbədir. Türbə yonulmuş sal daşlarla tikilib. Səkkizguşə formada olan bu türbənin yuxarı hissəsi günbəz şəklindədir. İçərsində iki qəbir var. Türbənin üstündə heç bir kitabə yoxdur. İç sahəsi 5x5 metr, hündürlüyü isə 8 metrdir. Bir giriş qapısı var.

Qəbirlərin kimə aid olduğu haqqında dəqiq məlumat yoxdur. Tədqiqatçı Salman Mümtazın yazdığına görə, Nəsiminin Şaxəndan adlı qardaşı olub. 15-ci əsr böyük Azərbaycanmütəfəkkiri İmadəddin Nəsiminin qardaşı Şaxəndan (Şahxəndan, Şah-i xəndan) burada dəfn olunub və qəbiristan da onun şərəfinə "Şaxəndan" adlandırılıb. Elə bunun əsasında da görkəmli tədqiqatçı Nəsiminin Şamaxıda dünyaya gəldiyini qeyd edib. Lakin Nəsiminin Şamaxıda anadan olmasını tarixi mənbələr təsdiqləmir. 
Digər mənbələrdə isə burada Seyid Əzim Şirvaninin qardaşının dəfn olunduğu deyilir .
Görkəmli şair Seyid Əzim Şirvaninin məzarı da Şaxəndan qəbiristanlığında yerləşir. Şair məhz burada basdırılmasını vəsiyyət edibmiş:
Mən öləndə Şaxandanda basdırın, 
Çünki onun Şahi-Xəndanı vardır.
Foto: Orxan Əzim






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam