Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

 

Yenixeber.org: Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür.

 

UNESCO tərəfindən 1965-ci ildə elan olunan bu əlamətdar günün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalılığına diqqəti cəlb etməkdir. Savadlılıq inkişaf və tərəqqinin əsas təməlidir.

Təəssüf ki, əldə olunan inkişafa baxmayaraq bu gün dünyada savadsızlıq milyonlarla insanı əhatə edir. Beynəlxalq Savadlılıq Gününün məqsədi də bu vacib məsələni daim diqqətdə saxlamaqdır.

Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır və bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir, təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.

Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Son illərdə Azərbaycanda yeni məktəb binaları tikilib, əsaslı təmir olunub. Şagirdlərin dərsliklərlə pulsuz təminatı, azərbaycanlı gənclərin xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanlarının artırılması, elm adamlarına, təhsil işçilərinə diqqət və qayğı dövlətin bu sahəni daim diqqətdə saxlamasının göstəricisidir.

Ölkəmizin təhsil sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi isə Azərbaycanın bu sahədə də dünyanın lider ölkələri sırasında olduğunu göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam