Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir telekanalın yayımı dayandırıldı

 

1476352109_interaz-cenubnews

Xeberinfo.com:  Cenubnews.com xəbər verir ki, “İnteraz” telekanalının “Azərspace” peykində dünən axşam saatlarından etibarən yayımının dayandırıldığı bildirilir.

Sosial şəbəkədə yayılan məlumata görə, “İnterAz” “Məşədi Dadaş” məscidində Məhərrəm ayıyla bağlı keçirilən əzadarlıq mərasimini canlı yayımladıqdan sonra qapadılıb. Qurumdan isə bununla əlaqədar heç bir səbəb bildirilməyib.

TV-nin əməkdaşları asvision.az saytına açıqlamasında kanalın “Azərspace” peykində yaranmış problemlərlə əlaqədar müvəqqəti dayandığını qeyd edib:
“Bu sırf texniki məsələdir. Televiziya bağlanmayıb. Sadəcə peykdə problemlər olduğu üçün fasilə yaranıb. Həll olunduqdan sonra izləyicilər yenə bizə baxa biləcəklər. Hazırda Rusiya peykindən yayımımız davam edir. Eyni zamanda internet vasitəsi ilə də bizi izləyə bilərlər”.

Telekanal 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb.
Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Telekanal azərbaycan və rus dillərində verilişlər yayımlayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam