Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Köməksiz uşaqlara yardım etmək üçün itirəcək vaxt yoxdur

Köməksiz uşaqlara yardım etmək üçün itirəcək vaxt yoxdur

 

Xeberinfo.com:  Bəzi insanlar öz həyatlarına təsir etməyən problemlərə qarşı tamamilə biganə qalmağı üstün tuturlar. Ətraflarında baş verən hadisələr öz ailələrinə və yaxınlarına zərər vermədiyi müddətcə bu məsələlərlə məşğul olmur, bu barədə narahat olmurlar. Yaxınları ilə bağlı hər hansı məsələ olduqda isə hər cür fədakarlığı gözə ala bilirlər. Bunların başında doğma uşaqları gəlir. Bir çox insan öz uşaqlarının üstünə titrəyir. Onların xoşbəxtliyi, sağlamlığı və əmin-amanlığı üçün lazım gələrsə, bütün imkanlarını səfərbər edir. Bu, əlbəttə, gözəl, eyni zamanda da haqlı davranışdır. Təəccüblü olan isə uşaqlarına böyük dəyər verən bu insanların böyük çətinliklər içində yaşayan digər uşaqları tamamilə görməzdən gəlmələridir.

 

Belə ki, siz bu sətirləri oxuyarkən dünyada çox sayda uşaq təhlükə və çətinliklərlə iç-içə, həyatda qalmağa çalışır...

 

Yaxın Şərqdə davam edən münaqişə və müharibələrdə bombaların hədəfi olur.

Qaçqın düşərgələrində təcavüzə və cinsi təcavüzə məruz qalır, yaxud da pul müqabilində fahişəliyə məcbur edilir.

 

Müharibədən qaçıb Avropa sahillərinə çatmağa çalışarkən dənizdə boğulur.

 

Cənubi Asiyanın və ya Afrikanın kasıb ölkələrində  ərzaqdan, təmiz sudan, səhiyyə və təhsil xidmətlərindən məhrum, səfalət içində yaşayır.

 

Kiçik yaşda evləndirilir və ya ağır işlərdə qul kimi işləməyə məcbur edilir.

Ailəsi və ya dostları tərəfindən zorakılığa məruz qalır.

 

Mələk kimi məsum və təmiz uşaqların yaşadığı bu zülm və əziyyət insanın qəlbində böyük iz qoyur. BMT-nin Uşaq Fondunun (UNİCEF) ötən günlərdəki hesabatı isə vəziyyətin ciddiliyini və çözümünün nə qədər təcili olduğunu bir daha xatırladır. UNİCEF-in 70-ci il dönümündə yayımlanan bu hesabata görə bu gün lazımi tədbirlər görülməsə, çox güman ki, 2030-cu ilə qədər 5 yaşdan balaca 69 milyon uşaq öləcək, 167 milyon uşaq yoxsulluq içində yaşayacaq, məktəb yaşındakı 60 milyon uşaq isə məktəbə getməyəcək.

 

Bu rəqəmlər dəhşətvericidir. Bir uşağın belə əzab çəkməsi qəbul edilməzdir. O halda, milyonlarla insanın həyatını itirmə təhlükəsi necə qəbul edilə bilər? Milyonunun aclığa və səfalətə məhkum olma ehtimalı necə gözardı edilə bilər?

 

Vicdanlı, həssas, səmimi, xeyriyyəçi, yaxşı insanlar üçün belə bir kabus qəbul edilməzdir. Bu səbəbdən fərdlərdən dövlətlərə, şirkətlərdən beynəlxalq təşkilatlara, mediadan qeyri-hökumət təşkilatlarına və universitetlərə qədər hər kəsə böyük vəzifə düşür. Üstəlik yardım əlini bir an əvvəl uzatmaq da həyati əhəmiyyət daşıyır.

 

Möhtac vəziyyətdəki uşaqlara yardım məsələsi gündəmə gəldikdə, adətən, ilk olaraq maliyyə problemi dilə gətirilir. Halbuki lazımi maddi dəstək inkişaf etmiş Qərb ölkələri və zəngin İslam dövlətləri tərəfindən asanlıqla təmin edilə bilər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin silahlanmaya ayırdıqları payın çox cüzi hissəsi belə bu problemi həll etməyə artıqlaması ilə kifayət edir. ABŞ-ın müdafiə xərclərinin yalnız mində beşi ilə belə aclıq sərhədindəki 66 milyon uşağın qidalanma problemi həll edilə bilər.  Yaxud zəngin ölkələrin yalnız 6 günlük hərbi xərci ilə dünyadakı bütün kasıb uşaqlar məktəbə gedə bilər. Digər bir ifadə ilə problemi həll edə biləcək maliyyə mənbəyini tapmaq heç də çətin məsələ deyil əslində.

 

Ancaq ehtiyac sahibi uşaqlar üçün ayrılan fondların sui-istifadə edilmədən, yalnız onlar üçün istifadə edilməsi mühüm məsələdir. Həmçinin qanunların uşaq yönümlü məsələlər də nəzərə alınaraq hazırlanması, onlara pulsuz səhiyyə xidmətləri və ibtidai təhsilin təmin olunması, hüquqlarını qoruyub ehtiyaclarını ödəyəcək tədbirlər alınması hökumətlərin əsas məsuliyyəti olmalıdır. Həmçinin bu tənzimləmələrin koordinasiyasında cəmiyyətdə bütün təbəqələrinin birlik içində, planlı və sistemli fəaliyyəti daha səmərəli nəticələr verəcək. Bütün bunlar isə hökumətlərin ciddi səyini və qətiyyətini tələb edir.

 

Onların xoşbəxtliyinə, sevincinə hər kəs töhfə verməlidir.

 

Dövrümüzün müasir texnologiyaları ilə bir çox mövzuda sürətli və texniki həll yolları gətirmək mümkündür. Əsl problem isə dünyanı bürüyən bərabərsizlik, ədalətsizlik, eqoizm və sevgisizlikdir. Milyonlarla uşağın çəkdiyi əzab-əziyyətin əsl səbəbi eyni zamanda bunlardır. Beləliklə, zəngin və inkişaf etmiş ölkələr vəhşi kapitalizmin azğın və qəddar ruhunu bir kənara qoymalı, müdafiə etdikləri bərabərlik, qardaşlıq, ədalət, sevgi, həmrəylik kimi gözəl dəyərlər əsasında hərəkət etməlidirlər.

 

Şübhəsiz, yardıma möhtac uşaqların sosial, siyasi, iqtisadi və texnoloji dəstəklə birlikdə, mənəvi dəstəyə də ehtiyacı var. Bu çözümün, adətən, ehmal edilən tərəfidir. Onları sevgi ilə qucaqlamaq, şəfqətlə, səmimi və fədakarlıqla qorumaq lazımdır. Həmçinin onlara dəyər vermək və hörmət etmək, ağlı başında, danışılacaq, fikir mübadiləsi aparılacaq insanlar olduqlarını onlara hiss etdirmək lazımdır. Uşaqları və gəncləri vəhşi kapitalizmin, kommunizmin yanlışlığına və digər zərərli ideologiyalara qarşı məlumatlandırmaq, onlara sevgi öyrətmək vacibdir.

 

Ancaq bəzi insanlar yardımı yalnız maddi dəstəkdən ibarət görür. Halbuki uşaqların müsbət və sağlam inkişafı baxımından bütün bu deyilənlər çox böyük əhəmiyyətə malikdir. Buna görə də uşaqların şəxsiyyət kimi formalaşmasında həyati əhamiyyət kəsb edən ailəsinə, müəllimlərinə və yaxın ətrafına böyük məsuliyyət düşür.

Uşaqların xoşbəxt, rahat, firavan və sağlam olmadığı bir dünyada sülh, rifah, sabitlik də olmaz. Onların həyatı təhlükə altındadırsa, cəmiyyətin və dünyanın gələcəyi də təhlükə altındadır deməkdir. Xilas edilə biləcəkləri halda, əgər hələ də hər keçən dəqiqə, dünyada məsum uşaqlar həyatını itirirsə, aydındır ki, bu məsələdə hərəkətə keçmək üçün itirəcək bir an belə yoxdur. Gələcəyin təminatı olan uşaqlarımızın yaxşılığına, xoşbəxtliyinə, sevincinə hər kəsin töhfə verməsi və "itkin nəsillər" olaraq yetişməsinin qarşısını almaq üçün bütün gücü ilə işləməsi lazımdır.

 

Adnan Oktar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam