Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Murad Dadaşov yeni layihə təqdim edəcək

 Murad Dadaşov yeni layihə təqdim edəcək

 

Əməkdar artist, “M Group Production”nın rəhbəri Murad Dadaşov “AğLama” yumoristik layihəsini təqdim etməyə hazırlaşır

 

Yenixeber.org: Şounun onlayn seçim mərhələsinə istənilən mövzuda “stand up”, monoloq, parodiya, mahnı və ya sadəcə, səhnəciklər hazırlayaraq, həm tək, həm də duet şəklində qatılmaq mümkündür. Şouda iştirak etmək istəyənlər yuxarıda sadalananlar arasından uyğun olan janrı 1 dəqiqəlik video şəklində tanıtım məqsədi ilə video@aglamashow.com mail ünvanına göndərməlidirlər. Onlayn seçim mərhələsinin müddəti dekabr ayının 10-dək nəzərdə tutulub.

“AğLama” yumoristik layihəsinin şərtlərinə görə, şounun hər buraxılışında seçim turundan keçən 5 iştirakçı çıxış edəcək. Ümumilikdə, oyun 2 mərhələdən ibarətdir: İlkin mərhələ 5 iştirakçı ilə zalda olan tamaşaçılardan 5 nəfər arasında baş verir. Müəyyən məbləğdə pul uduşu və bu uduşu əldə etmək üçün vaxt təyin olunur. İştirakçı həmin məbləğə sahib olmaq üçün tamaşaçını güldürməyə çalışmalıdır. Buna nail olsa, məbləği o qazanır. Əks halda təyin olunmuş pul uduşunu tamaşaçı əldə edir və yerindəcə həmin məbləği götürür.

İştirakçı qalib olduğu təqdirdə isə məbləğ şounun Uduş Fonduna yatırılır. Uduş Fondundakı vəsaitin miqdarı birinci mərhələdə qalib olan iştirakçıların sayından asılıdır.   

İlkin mərhələdə iştirakçılar hamısı Uduş Fondundakı yatırım üçün komanda olaraq yarışırlarsa, ikinci mərhələdə artıq hər kəs yığılan məbləğ uğrunda tək şəkildə mübarizə aparır. Birinci mərhələdən keçən iştirakçılar növbəti mərhələdə artıq peşəkar münsiflərin qarşısında çıxış edirlər. Onlar iki nəfərdən ibarət təcrübəli münsiflər heyətini güldürməyə çalışır. Yarışmanın sonunda münsiflər kimin onları daha çox güldürdüyünə qərar verir. Qalib olan iştirakçı Uduş Fondunda olan məbləği əldə edir. Əgər qalib bir nəfərdən çoxdursa, o zaman bu pul uduşu onların arasında bərabər şəkildə bölünür. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam