Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Qəhrəmanlar unudulmur!" adlı foto sərgi keçirilib - FOTOLAR

 

Natavan gallery&clubda Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Qəhrəmanlar unudulmur!" adlı Sovet İttifaqı Qəhrəmənlarının foto sərgisi keçirilmişdir.

Xeberinfo.com:  Layihənin rəhbəri Teymur Mustafayevdir. 

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Gənclər üçün Təhsil Mərkəzi"nin icraçı direktoru Fəxrəddin Həsənzadə, Tələbə-Gənclər Təşkilatlarının fəal üzvləri və digər gənclər iştirak etmişlər.

Sərginin açılış mərasimində çıxış edən layihə rəhbəri Teymur Mustafayev bütün qonaqları salamlayıb, sərgi haqqında məlumat vermişdir. T.Mustafayev bildirmişdir ki, 1941-ci il iyunun 22-də gələn dəhşətli xəbər damarlarda qanı dondurdu: müharibə! Bu xəbər hərəni bir yerdə yaxaladı-kimini məktəbdə, kimini dəzgah arxasında, kimini də iş başında. Müharibə hər kəsi bir yaşda imtahana çəkdi-kimini ahıl, kimini yeniyetmə yaşında, kiminin də gənclik həvəsi dolub-daşanda...

1941-45-ci illər müharibəsini kimi Böyük Vətən müharibəsi, kimi də İkinci Dünya müharibəsi adlandırır. Əlbəttə, bunların hər ikisi düzdür. Sovet İttifaqı üçün bu savaş doğrudan da, Vətən müharibəsi idi. Çünki bu misli görünməmiş müharibədə sovet dövlətinin qalıb-qalmaması məsələsi həll olunurdu. O biri tərəfdən, 68 ölkənin iştirakı bu qanlı davaya Dünya müharibəsi deməyə əsas verir. Müharibə hər bir ölkənin siyasətinin zorakı davamıdır. Müharibələr həmişə insanların kütləvi ölümü ilə, illərlə qurub-yaratdıqları şəhərlərin, kəndlərin, zavod və fabriklərin məhv edilməsilə nəticələnir. Müharibə ata-anaları oğulsuz, qız-gəlinləri ərsiz, qardaşsız, uşaqları atasız qoyur, ailələri dağıdır.

1941-45-ci illər müharibəsi bu savaşda qalib gəlmiş hər bir millət kimi azərbaycanlıların da şanlı hərb tarixidir. O qanlı-qadalı illər bir tarix kimi kitablarda, daş heykəllərdə, yaddaşlarda yaşayacaq, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə bir öyünücü salnamə kimi yadigar qalacaq.

Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və "Gənclər üçün Təhsil Mərkəzi"nin icraçı direktoru Fəxrəddin Həsənzadə ilk öncə layihə rəhbəri T.Mustafayevi layihənin keçirilməsi münasibəti ilə təbrik etmişlər, onun gələcək işlərində uğurlar arzulamışlar və tedbirin keçirilməsi zərurətindən, müharibə dövründən, Azərbaycanın qarşılaşdığı çətinliklərdən danışıblar. İkinci Dünya müharibəsi dövründə Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən söhbət açıblar. Müharibə çox ağır bir anlayışdır. Azərbaycan xalqı bu gün də müharibə şəraitində yaşayır. Bu, Vətən uğrunda aparılan müharibədir. Biz heç zaman atalarımızın, babalarımızın keçdiyi bu şücaətli yolu unutmamalıyıq və bunu daima yaşatmalıyıq. 

Qeyd edək ki, sərgidə Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Səlahəddin Kazımovun, İsrafil Məmmədovun, Məzahir Quliyevin və digər qəhrəmanların fotoları sərgidə nümayiş etdirilib. 

Sərgi iki gün davam edib.





 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam