Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağadadaşın baltası özünə qaytarılıb

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qaytarılıb.

Yenixeber.org-un məlumatına görə, məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən insidentdə istifadə olunan əşya sahibinə geri verilib.

Qeyd edək ki, müğənni ötən il Bakıdakı “MedEra” hospitalının mühafizəçisi ilə mübahisə edib və əlindəki baltanı ona tərəf atıb. Hadisə zamanı balta xəstəxananın xadiməsinin ayağına dəyib. Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin.

İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. Məhkəmə prosesi başa çatdıqdan sonra, cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib.

Xatırladaq ki, məhkəmə sənədlərinə əsasən, Xalq artisti həmin hadisə zamanı əsəblərinə hakim ola bilməyərək baltanı qarşı tərəfə atıb. O, məhkəmə zamanı baltadan silah kimi istifadə etmədiyini, sadəcə qorxutmaq məqsədilə atdığını bildirib.

Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Müğənninin vəkili Asim Abbasov hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti vermək fikirlərinin olduğunu deyib. Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb. Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam