Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Naxçıvan mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Ali Məclis sədrinin Fərmanında dəyişiklik edilib.

Yenixeber.org xəbər verir ki, sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavinlərinin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam