Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Gürcü rejissorun filmi "Oskar"ın siyahısına düşə bilməyib -SİYAHI

 

Gürcü rejissor Tinatin Kajrişvilinin rejissoru olduğu “Vətəndaş müqəddəs” filmi “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında "Oskar"ın qısa siyahısına daxil edilməyib.

Yenixeber.org xəbər verir ki, bu barədə Amerika Kino Akademiyasının saytında dərc olunmuş siyahıya əsasən məlumat yayılıb.

Qısa siyahıya Maykl Qurdciyanın (Ermənistan) “Amerikalı” filmi, Mstislav Çernovun (Ukrayna) “Mariupolda 20 gün” sənədli filmi, habelə Butan, Danimarka, Finlandiya, Fransa, Almaniya, İslandiya, İtaliya, Yaponiya, Meksika, Mərakeş, İspaniya, Tunis və Böyük Britaniyadan olan filmlər düşüb.

Namizədlər 23 yanvar 2024-cü ildə elan ediləcək. Mükafatın təqdimatı martın 10-na planlaşdırılıb.

Gürcüstanı "Oskar"da təmsil etmək hüququ uğrunda daha 3 film mübarizə aparıb: “Qrakliani dağındakı yazının sirri” – rejissoru Lela Tsipuriya, “Gözəl Elena” – rejissoru Georgi Ovaşvili, “Qara quş, Böyürtkən, Böyürtkən” – rejissor. Elene Naveriani.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam