Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Tağıyevdən bəhs edən film “Qızıl Femi” mükafatı aldı -FOTOLAR

Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” bədii-sənədli filmi ölkəmizi beynəlxalq festivalda təmsil edib.
Yenixeber.org:  Bolqarıstanda keçirlən tədbirdə “100 il şərəfli ömür” filmi “Qızıl Femi” mükafatına layiq görülüb.

Mükafatın təqdimat mərasimi 71 ölkədə canlı yayımlanıb.

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru Cəlaləddin Qasımov festivalın direktoru Feminin dəvəti ilə tədbirdə iştirak edib.

Mərasim Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində yerləşən “SOFIA HOTELL BALKAN” kompleksində təşkil olunub. Tədbirə fəxri himayədarlığı Bolqarıstan Respublikasının vitse-prezidenri,  xanım Marqarita Popova edib. 

“100 il şərəfli ömür” bədii-sənədli filminin rejissoru Cəlalləddin Qasımov bildirib ki, festivalda onun üçün çox sevindirici bir hadisə baş verib:

“Festivalın direktoru mənə bildirdi ki, Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” bədii-sənədli filmini izlədikdən sonra Tağıyevin həyatı onu və münsifləri çox təsirləndirdi. Sonda bu filmi Bolqarıstan  dilində tərcümə elətdirib TV-də yayımlanması ücün məndən icazə istədi”.

Cəlalləddin Qasımov  bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevin harada olmasından asılı olmayaraq, soydaşlarının imdadına çatmasını, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiyanı yerinə yetirdiyini geniş işıqlandırmaqdır.

 

“Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi insan haqqında çoxlu məlumatlar əldə etmişdim. Bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığırdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin çəkilməsində başlıca rol oynayacaq”.    

Yenixeber.org: C.Qasımov deyib ki, Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi artıq Avropadan, ABŞ-dan 19 mükafat alıb.

Ssenarisi üzərində 3 aydan çox işlədiyini söyləyən C.Qasımov həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb.

“Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.

Ssenarist əlavə edib ki, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, onun reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin, Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.

Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam