Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əməkdar artist Zöhrə Abdullayeva -vəfat edib

Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib

Müğənni, Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva vəfat edib.

Yenixeber.org: Bu barədə Hacı Nuran Hüseynov məlumat yayıb.

Məlumata görə, sklerodermiya xəstəliyindən əziyyət çəkən Z.Abdullayeva 68 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Əvvəl "Lalə qızlar ansamblı"nın, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib.

Z.Abdullayevanın oğlu 2018-ci ildə ağır xəstəlikdən vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam