Bir neçə gündən sonra 2018-ci illə vidalaşıb, 2019-cu ili qarşılayacağıq. Geridə qoyacağımız bu ildə şou-biznes aləmində bir çox hadisələr baş verib: kimi evlənib, kimi ilk dəfə valideyn olub, kimi boşanıb, kimi də dünyasını dəyişib.

Yenixeber.org: 2018-ci ildə dünyasını dəyişən məşhurların siyahısını təqdim edirik:
Xalq artisti, Dövlət mükafatı laureatı Gülcahan Güləhmədova-Martınova yanvarda 92 yaşında vəfat edib.


 

Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında fevralın 8-i Yasamal rayonunda yaşadığı evdə vəfat edib. Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəticələrinə görə, tənha yaşayan aktrisa ürək tutmasından keçinib.



Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov da fevralda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.



Bəstəkar Tahir Əkbər bu ilin martında beyin insultundan vəfat edib.



Xalq artisti Yuri Baliyev mart ayında 69 yaşında xərçəng xəstəliyindən dünyadan köçüb. 



Bu il dünyasını dəyişən məşhurlardan biri də xalq artisti Fuad Poladov olub. O, mayın 4-də 69 yaşında xərçəngdən dünyasını dəyişib.



Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə 30 iyulda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.



90 yaşlı xalq artisti Böyükağa Məmmədov də bu il vəfat edənlərdəndir.



Reper Anar Nağılbaz bu il avqustun 3-də vəfat edib. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən 44 yaşlı reper xəstəxanada keçinib.



Əməkdar artist Həsənağa Sadıqov da avqustda 67 yaşında dünyasını dəyişib.



Xərçəng xəstəliyini hər kəsdən gizli saxlayan xalq artisti Amaliya Pənahova noyabrın 8-də 73 yaşında vəfat edib.



“Savalan” musiqi qrupunun bədii rəhbəri, Opera və Balet Teatrının solisti Novruz Novruzlu noyabrda 58 yaşında dünyasını dəyişib.



Məşhur musiqiçi, klarnet ustası Zahid Sabirabadlı bir neçə gün öncə dünyasını dəyişib.(axşam)