Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İTV-dən təkzib: "Azərbaycanı Makedoniya ifaçısı təmsil etməyəcək"

 

Azərbaycanı “Eurovision 2015” mahnı müsabiqəsində Makedoniya ifaçısı təmsil etməyəcək.

"Xeberinfo.com": Bu barədə "Trend"-ə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində Makedoniya ifaçısının təmsil edəcəyi barədə yayılmış xəbərlər həqiqətəuyğun deyil.
İTV bəyan edir ki, hazırda "Eurovision 2015" mahnı müsabiqəsinə hazırlıq prosesi gedir və Azərbaycanı təmsil edəcək ifaçı hələ müəyyənləşdirilməyib.
Azərbaycanı 2015-ci il “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyi artıq məlumdur.
Azvision.az xəbər verir ki, Twitter sosial şəbəkəsində yayılan xəbərlərə görə, Azərbaycanı Daniel Kaimazanov təmsil edəcək.
Daniel Kaimazanovun əslən Makedoniyadan olduğu bildirilir.
Sosial şəbəkədə Kaimazanovun - “Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam”- sözləri yazılmış posterlə fotoları yayımlanıb. .
Qeyd edək ki, 2015-ci ildə “Eurovision” mahnı müsabiqəsi Konçittanın qələbə gətirdiyi Avstriyada keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam