Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Boltonun qalmaqallı kitabında nələr var? - TƏHLİL

 

 Yenixeber.org: Son günlər dünya mediasının əsas gündəm mövzularından biri də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun kitabıdır. Onun Ağ Evdə işlədiyi dövrdə baş verənləri qələmə aldığı “Hadisənin baş verdiyi otaq: Ağ Ev xatirələri” kitabından bəzi hissələrin mətbuata yol tapması ciddi müzakirələrə səbəb olub.

Artıq Vaşinqton rəsmiləri kitabdakı bəzi məlumatların ABŞ xüsusi xidmət orqanlarının fəaliyyətinə zərbə vuracağını bildirib. Onlar kitabda açıqlanan bəzi informasiyaları məxfi məlumatların yayılması kimi qiymətləndirir. ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru Con Retkliffen bildirib ki, məxfi məlumatların icazəsiz açıqlanması ABŞ-ın milli təhlükəsizliyinə zərər vurur, amerikalıları qorumaq üçün istifadə olunan kəşfiyyatın mənbələrini və metodlarını təhdid edir.

Lakin Bolton kitabın yayılmasında israrçıdır. Kitabda yer alan hadisələr əsasən Boltonun işlədiyi dövrdə Ağ Ev rəhbərinin siyasi qərarları, dünya dövlətləri ilə münasibətləri və sair haqqındadır. Ən çox diqqət çəkən isə Trampın İranla bağlı siyasəti, eləcə də İsrailə dəstəyi, Çin, Rusiya, Türkiyə liderləri ilə münasibəti və sair olub.

Məsələn, Con Bolton iddia edir ki, 2017-ci ildə İranla münasibətlərin gərginləşdiyi dövrdə ABŞ prezidenti İsrailin baş nazirinə İrana zərbə endirməsi üçün xəbər göndərib. Donald Tramp Boltona ABŞ-ın İranı vurmaq fikrinin olmadığını, ancaq İsrail belə bir addım atarsa Vaşinqtonun onu dəstəkləyəcəyini deyib. Daha bir maraqlı məqam odur ki, ABŞ prezidenti İrana qarşı sərt sanksiyaların Tehranın mövqeyini dəyişəcəyinə inanmayıb.

Kitabda, həmçinin, Trampın zahirdə düşmən münasibətlərinə malik olduğu Çin lideri ilə gizli danışıqlarından da bəhs olunur. Məsələn, Bolton iddia edir ki, Tramp danışıqlar zamanı Çin lideri Si Cinpinlə 2020-ci il ABŞ-dakı prezident seçkiləri zamanı kənd təsərrüfatının geniş yayıldığı ştatların səsini qazanması üçün Çinin bu ölkədən böyük miqdarda kənd təsərrüfatı məhsulları almasını istəyib.

Eyni zamanda, Çinin uyğurlara qarşı tətbiq etdiyi düşərgələrlə bağlı Si Cinpinin məlumatını dinləyən Tramp bunun doğru yol olduğunu deyib.

Ancaq Tramp bu iddianı rədd edib və bu məlumat yayıldıqdan sonra uyğurlara qarşı təzyiq siyasətində iştirak edən Çin dövlət məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanunu imzalayıb. Həmçinin, ABŞ prezidenti Boltonu yalançı adlandırıb.

Bolton kitabında iddia edir ki, Tramp İŞİD-in yenidən İraqa qayıtmasının onun üçün əhəmiyyətsiz olduğunu deyib.
Bundan başqa Tramp Venesuelanın ABŞ-ın “bir hissəsi olduğunu və bu ölkəni işğal etməyi” düşünürmüş. Maraqlıdır ki, Tramp Ukraynanı Rusiyanın bir parçası hesab edirmiş.

ABŞ prezidentinin Böyük Britaniyanın nüvə silahına malik olmasını bilmədiyi iddia edilir.

Dövlət katibi Mayk Pompeo isə Boltonun kitabında “həddən artıq yalan məlumatların olduğunu” bildirib və onu xain adlandırıb.

Boltonun kitabında Trampın Türkiyə rəhbərliyi ilə münasibətləri haqqında məlumatlar da yer alıb. Bolton keşiş Branson hadisəsi haqqında yazaraq, Ərdoğanın keşişdən “bazarlıq kozırı” olaraq istifadə etdiyini bildirib. Eyni zamanda, keşiş Bransonun azad edilməsinin Trampı çox sevindirdiyi qeyd edib.

İddiaya görə, Bolton kitabında Ərdoğan haqqında “islamçı” ifadəsindən tez-tez istifadə edib. Ərdoğanın Trampla telefon danışıqlarını Mussolininin Romada həyata keçirdiyi “bakon çıxışı” ilə müqayisə edən Boltonun iddialarına görə, Ağ Evdəki bəzi rəsmilər, o cümlədən bir sıra Avropa ölkələri liderləri Ərdoğan mövzusunda Trampa xəbərdarlıq etsələr də, ABŞ lideri bunlara əhəmiyyət verməyib. Bransonun azad edilməsindən sonra isə Ərdoğan və Tramp dostlaşıblar.

Xatırladaq ki, Con Bolton 1948-ci ildə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində dünyaya gəlib. Yel Universitetində hüquq təhsili alıb. 1982-1983-cü illərdə Reyqan kabinetində, həmçinin, ata və oğul Buşların komandasında yer alıb. 2001-ci ildə Corc Buş komandasına daxil olub və 2003-cü il İraqa hərbi müdaxilənin əsas dəstəkçilərindən biri olub. 2005-ci ilin avqustundan 2006-cı ilin dekabrına qədər ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub.

Con Bolton 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrına qədər ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri postunu tutub. Sərt xətt tərəfdarı kimi tanınan Bolton İrana hərbi müdaxiləni dəstəkləyib, bir neçə dəfə İranı açıq şəkildə ittiham edib. Eyni zamanda, o, Parisdə İran hakimiyyətinə qarşı silahlı müxalifət olan “Xalqın Mücahidləri” təşkilatının qurultayında iştirak edərək, İslam İnqilabının 40-cı ilini Tehranda qeyd edəcəklərini bəyan edib.

Bundan başqa, islamofob fikirləri ilə məşhur olan Bolton daha əvvəl qələmə aldığı kitabında müsəlmanları düşmən kimi göstərib. 2016-cı ildə qatıldığı konfransda İslamın Qərb sivilizasiyası üçün təhdid olduğunu və müsəlmanların ABŞ-da gizli şəkildə təşkilatlandığını, hətta Obamanın da gizli müsəlman olduğunu bildirib. Yenə həmin il yazdığı kitabında ABŞ qarşısında ən böyük təhlükənin terror təşkilatları olduğunu, terrorizmin isə İslam dünyası ilə bağlılığını bildirib.

Bolton ABŞ prezidentinin müşaviri olduğu dövrdə 2018-ci ilin oktyabrında Bakıya səfər edib, ölkə rəhbərliyi ilə görüşlər keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam