Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azər Kərimli saxtakarlığa yol verib-Rusiyadan İngiltərəyə uzanan biznes+FOTO

Yenixeber.org: Deputat Azər Kərimlinin biznes fəlaiyyəti ilə bağlı yeni faktlar meydana çıxıb. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün FB səhifəsində yazıb:

"Azər Kərimli 17 il ərzində millət vəkili statsu ilə Rusiya qarşısında vergi ödəyicisi kimi öhdəlik daşıyıb. Amma tərcümeyi-halında Moskvadakı biznes fəaliyyəti ilə bağlı məlumatlarda saxtakarlığa yol verib, ictimaiyyəti aldadıb.
Deputat həm rəsmi, həm qeyri-rəsmi bioqrafiyasında Rusiyada təsisçisi və rəhbəri olduğu "Fəxri" MMC-nin (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ФАХРИ") guya deputatlığından bir il əvvəl, yəni 1999-cu ildə fəaliyyətini dayandırdığını qeyd edib.
Amma əlavələrdə sizə təqdim etdiyim sənədlərdən bəlli olur ki, şirkət cəmi 3 il əvvəl, 2017-ci ilin noyabrında fəaliyyətini dayandırıb.
Şirkət deputatın tərcümeyi-halında qeyd edildiyi kimi 1991-ci ildə deyil, 1997-ci ilin iyulun 24-də təsis olunub, 2003-cü ilin yanvarın 27-də Azər Kərimlinin Hüseynov Adil Həmid oğlu ilə ortaqlıq qərarı ilə bağlı reyestr məlumatları yenilənib.
Sənədlərdən aydın olur ki, Azər Kərimli Moskvada topdan ayaqqabı satışı ilə məşğul olub.
2017-ci ilin sonlarında Rusiyadakı şirkətini ləğv edən deputat 2018-ci ilin sentyabrında oğlu Fəxri Kərimlinin adına İngiltətədə KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) əmlak şirkətini qeydiyyatdan keçirib".

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam