Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cavid Qurbanovun bu dələduzluqdan xəbəri varmı?-"...yoxsul, ac vəziyyətdəyik"

 
Cavid Qurbanova məxsusluğu iddia olunan "Azəryol Tikinti" MMC insanları belə ac-yalavac edir
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna zaur.omarov.77@mail.ru emaildən bir qrup vətəndaşın adından şikayət məktubu daxil olub. Məktubda Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisində aylarla işləmiş bir qrup vətəndaşın əməkhaqlarının verilməməsindən, özünü "Azəryol Tikinti" MMC-nin rəhbəri kimi tanıdan Azər Həsən oğlu Hüseynovun dələduz əməllərindən bəhs olunur. Müraciətdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun da adı yer alır... İddiaya görə "Azəryol Tikinti" MMC de-fakto Cavid Qurbanova məxsudur və Azər Hüseynovun özbaşınalıqları da bu səbəbdən qaynaqlanır. Biz bu iddialarla bağlı adları hallanan tərəfləri də dinləmək istədik: Azər Hüseynovun mobil telefonu gün ərzində qapalı oldu(?)  "Azərbaycan Dəmir Yolları" QSC-dən isə əvvəlcə açıqlama verəcəklərini desələr də, sonrakı cəhdimiz nəticəsiz oldu. 
Bizimlə telefon əlaqəsi saxlayan şikayətçilər onu da bildirdilər ki, məktub yenixeber.org-la bərabər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və Ombudsman xanım Səbinə Əliyevaya da göndərilib.
Müraciəti müəyyən düzəlişlə dərc edirik:
"Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanova məxsus olan "Azəryol Tikinti" MMC-nin rəhbərliyi bizi 4 ay qul kimi işlədib əmək haqqımızı vermək istəmir. Nəticədə də aclıq içində yaşamağa məhkum olmuşuq.

Belə ki,Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini həyata keçirən "Azəryol Tikinti" MMC–də fəhlə, mühafizəçi və digər vəzifədə işləmişik. "Azəryol Tikinti" MMC-nin rəhbəri Azər Həsən oğlu Hüseynov 4 ay bizi qul kimi işlədib, əmək haqqımızı vermədi, bizi aldadıb aradan çıxdı. Hətta "Azəryol Tikinti" MMC-nin rəhbəri Azər Hüseynov biz şikayətçilərə dedi ki, şikayət edəcəyiniz orqanlar məni müdafiə edəcəklər. Mənə pul verilmir deyə məndə sizə pul vermirəm. Azər Hüseynov  Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun əlaltısıdır.
Biz indi çıxılmaz vəziyyətdə qalmşıq. 4 ay qul kimi işlədik ki, çörək-ərzaq maqazinlərinə olan borclarımızı verək, halal zəhmətimizlə qazndığımız pulla ailəmizi dolandıraq. Ancaq  Cavid Qurbanovun yaxın adamı, ona məxsus  "Azəryol Tikinti" MMC-nin rəhbəri Azər Hüseynov bizi aldadıb daha da yoxsul, ac vəziyyətə saldı.
Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin aparılmasına  görə keçirilən tenderi "Azəryol Tikinti" MMC-nin udması heç də təsadüf deyil. Görünən odur ki, bu MMC-nin rəhbəri Azər Hüseynovun sözündə həqiqət var ki, onu Cavid Qurbanov himayə edir ki, o bu tenderi udub və fəhlələri qul kimi işlədib, əmək haqqlarını mənimsəyib vermir. Azər Hüseynovun bu əməli cinayət tərkibi yaradır ki, hüquq-mühafizə orqanları bunu araşdırıb onu həbs etməlidir. Ancaq Cavid Qurbanovun himayəsində olduğu üçün Azər Hüseynovun barəsidnə qanunu tədbir görən yoxdur.
Biz "Azəryol Tikinti" MMC-nin rəhbəri Azər Hüseynovun dələduz əməlləri barədə Qəbələ və Ağdaş rayon prokurorluğuna şikayət ərizələri ilə müraciət etsək də heç bir nəticəsi yoxdur.
Biz aldadılmış insanlar mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun yaxın adamı olan, bizi qul kimi işlədib əmək haqımızı mənimsəyən "Azəryol Tikinti" MMC-nin rəhbəri Azər Həsən oğlu Hüseynovun barəsidə qanunu tədbirlər görəsiniz".

 

 
 "Azəryol Tikinti" MMC  tərəfindən aldadılmış bir qrup vətəndaş: 
                                                                                                                                                1.Piriyev Ramis Eyyub oğlu Ağdaş rayonu Türyançay qəsəbəsi 

2. Manafov Rüfət Qüdrət oğlu Ağdaş rayonu H.Əliyev prospekti ev 144 sakini 
3. Hüseynov Mustafa Telman oğlu Ağdaş rayonu Dəhnəxəlil  kəndi sakini 
4.Həbişov Səməd Xanbaba oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi sakini
5. İsmayılov Seymur Nəzər oğlu Ağdaş rayonu Dəhnəxəlil  kəndi sakini

6. Məmmədov Valeh Tapdıq oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi fəhlə 

7.Rəhimov Anar Xası oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi sakini
8.İsmayılova Lalə Yusif qızı Ağdaş rayonu Dəhnəxəlil kəndi  
9.Sərxanlı Sərxan Alı oğlu mühafizəçi Ağdaş rayonu Dəhnəxəlil kəndi  
10.Mirəddinov Ayaz Nüsrət oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi  
11.Xasıyev Polad Nuru oğlu Qəbələ rayonu Savalan kəndi 
12.Paşayev Nurlan Ərziman oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam