Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azəriqaz”da yoxlamaları kim dayandırdı? - “Çox adam işdən çıxarıla bilər”

 

“Azəriqaz”da yoxlamaları kim dayandırdı? -

İki gün əvvəl Azərbaycanın Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. 

Yenixeber.org: Xatırladaq ki, iclasda “Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında” da müzakirə aparılıb. Təbii enerji qaynaqlarının mühüm seqmentini təşkil edən qaz sektorunun Azərbaycanın sosial-iqtisadi həyatında vacib rola malik olduğunu bildirən Baş nazir qeyd edib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamında Energetika Nazirliyinə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılıb.

Baş nazir bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları, bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını verib.

Maraqlıdır, “Azəriqaz” bu müddət ərzində nöqsanları aradan qaldırmaq üçün hansı işləri görüb?

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, hasilat sənayesindəki çatışmazlıqlar dəfələrlə tənqid olunub: 

“Cərimələrin tətbiqində, sayğac plomblarının qırılmasında ciddi nöqsanlar var. 2003-cü ildə Heydər Əliyevin imzaladığı fərmanla Dövlət Neft Şirkətinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə ARDNŞ strukturuna dəyişikliklər edildi. Təəssüflər olsun ki, bu qərara biganə münasibət bəsləyən Energetika Nazirliyi, SOCAR və “Azəriqaz” rəhbərləri cəzasız qalıblar. 

Hesab edirəm ki, struktur islahatları işinə məsuliyyətsiz yanaşdığı üçün ilkin olaraq Energetika Nazirliyindən başlanmalıdır. Çünki digər qurumlar Energetika Nazirliyinə tabedir. Eyni adamlar vəzifədə qalıb eyni siyasəti davam etdirirlər. Ekspertlər dəfələrlə vurğulayıblar ki, problemlərin həll edilməsi üçün “Azəriqaz” SOCAR-ın tabeçiliyindən çıxarılmalıdır.

Hasil edənlə satan bir əldə cəmləşə bilməz, bu qeyri-mümkündür. Heç bir ölkədə bu təcrübə yoxdur. Satışla məşğul olan bir yox, bir neçə qurum olmalıdır. Özəl qurumların satışla məşğul olması daha məqsəduyğun olardı. Neçə ki, “Azəriqaz” SOCAR-ın tərkibində qalır, vəziyyət belə də davam edəcək”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Hesablama Palatası “Azəriqaz”da apardığı yoxlamanı səbəbsiz dayandırıb: 

“Palata yoxlamanı dayandırmasına aydınlıq gətirmir. Ümumiyyətlə, bu gün əhali təchizatın və xidmətin yaxşılaşdırılmasından hələ də xeyir görməyib. Qış mövsümü başlayan kimi, daha çox çətinliklər ortaya çıxır. Birmənalı olaraq bu gün ölkədəki qaz itkisi 20-30 faizə çatır. Ölkə ərazisində qazlaşdırma tam başa çatmayıb. Son 3 ildə SOCAR prezidenti Rövnəq Abdullayev hər dəfə ölkə başçısı qarşısında çıxış edəndə deyir ki, artıq ölkə ərazisi üzrə qazlaşma 93 faizdir, ilin axırınadək 95 faizə çatacaq. 

Tam dəqiqliyi ilə deyə bilərəm ki, ölkə ərazisi üzrə nə 93, nə də 95 faiz qazlaşma var. Bu gün müxtəlif rayonlardan verilən məlumatlardan bəlli olur ki, kəndlərin çoxunda qazlaşma yoxdur, yaxud da boruları çəkiblər, işlər yarımçıq qalıb”.

Mirvari Qəhrəmanlı hesab edir ki, qaz itkisinin qarşısını alacaq heç bir tədbir görülmür: 

“Bu itkini əhaliyə tətbiq olunan cərimələr hesabına kompensasiya edirlər. 2017-ci ildə ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun imzaladığı bir sənəd hazırladı. Bu, cərimələrin tətbiqi ilə bağlı bir sənəd idi. Əgər həqiqətən də, sayğacdankənar istifadə müşahidə olunsaydı və ya abonent tərəfindən tutulan digər bir səhv aşkarlansaydı, o zaman “Azəriqaz”a 3 aylıq dəymiş ziyan ödənilməli idi. Yəni abonent 3 ay ərzində nə qədər qaz istifadə edibsə, bu əsasla da cərimə tətbiq olunurdu. 

SOCAR bu qərarı daxili əmrləri ilə 6 aya qədər uzatmışdı. Artıq 3 ayı qaldırıb 6 ay ediblər. Bəlkə də bəzi yerlərdə cərimələr 6 aylıq dəymiş ziyanla hesablanır. Rayonlarda özbaşınalıqlar var.

Bütün bunların kökündə qohumbazlıq durur. Təəssüflər olsun ki, bu şəbəkədə “Azəriqaz”da o dərəcədə inkişaf edib ki, əgər o zəncirin biri qırılsa, çox adam işdən çıxarıla bilər. Ölkə başçısının apardığı islahatlar hasilat sənayesinə tətbiq olunmalıdır. SOCAR biznes quruma çevrilməli, onun tərkibindən artıq qurumlar çıxarılmalı, müqavilə ilə işləməlidir. 

“Azəriqaz”da yenidənqurma işləri aparılmalı, təcrübəli kadrlar işə cəlb olunmalıdır. Hər yoldan keçəni rəhbər, idarə rəisi təyin etmək olmaz. Sadaladıqlarım gözlənilənlərin 10 faizidir. 

Əgər bunlar baş verməsə, bunun birinci adı prezident sərəncamlarına sayğısızlıq olur. Ümumiyyətlə, prezidentin sərəncamına reaksiya verilmir, buna görə də qurum rəhbərləri ciddi cəzalandırılmalıdır. Bir sözlə, “Azəriqaz” fəaliyyəti ilə əhalinin sosial durumunun pisləşməsinə xidmət edir”.

Xatırladaq ki, Nazirlər Kabinetinin son toplantısında prezident İlham Əliyev “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini tənqid etmişdi. İ. Əliyev bildirmişdi ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də işlər aparılır. “Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. 

Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam