Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qazprom” Gürcüstanda SOCAR-ı sıxışdırmağa başladı, Saakaşvili sərt bəyanat verdi-"Azərbaycan heç vaxt qazı kəsməyib, amma,..."

 

Yenixeber.org: Xəbər verildiyi kimi Gürcüstan hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün danışıqlar aparır. Gürcü rəsmilərin bildirdiyi kimi danışıqlar yekunlaşmaq üzrədir və əldə edilmiş razılaşmaya əsasən Gürcüstan Rusiyadan “müəyyən həcmdə” qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq.

 Ötən gün belə bəyanatla iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya çıxış edib. Onun sözlərinə görə, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür.

“Biz istəmirik ki, bazara inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”-nazir deyib.

Parlament müxalifəti isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. "Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya bildirib ki, bununla hökumət Tbilisini Moskvanın orbitinə çəkir.

“Rusiya işğalçıdır, o qaz iynəsini öz siyasi məqsədlərinə çatmaq üçün istifadə edir. Rusiya şaxələndirmə mexanizminə xidmət edə bilməz. İndi illər lazım olacaq ki, Rusiyadan asılılıq azalsın. Bu yazılı həqiqətləri nə vaxta qədər təkrarlamaq olar?!”-deputat bildirib.

Nazir Georgi Kobuliyanın isə özünün “yazılı həqiqətləri” var: o deyir ki, Gürcüstanın qaz təchizatının 90 faizini həyata keçirən  SOCAR Georgia Gas şirkəti martın 1-dən kommersiya abinentləri üçün qazın qiymətini 10.5 faiz qaldıracağını elan edib.

SOCAR Georgia Gas şirkətinin nümayəndəsi Anton Samsonidze isə bunu belə izah edir: “Qiymətin korrektə edilməsi larinin ABŞ dollarına münasibətdə ucuzlaşması və qazın paylanılması tarifləri ilə bağlıdır”.

Amma hökumətdə hesab edirlər ki, bu bahalaşma “Qazprom”u bazara daxil etmək üçün kifayət qədər tutarlı əsasdır.

Bu situasiyadan keçmiş prezidenti Mixail Saakaşvili də istifadə edib və özünün Facebook səhifəsindən hakimiyyətin ünvanına sərt bəyanatla çıxış edib.

“Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik azərbaycan qazı rusiya qazından ən azı 20 faiz ucuzdur”-Saakaşvili bildirib.

Enerji ombudsmanı Salome Vardiaşvili isə hesab edir ki, Azərbaycan şirkəti tarifləri niyə artırdığını daha dəqiq əsaslandırmalıdır. “İstənilən tarif artımı yaxşı əsaslandırılmalıdır və sənədlərlə təsdiqlənməlidir. Mən SOCAR-ın mövqeyi haqda eşitmişəm, amma bu kifayət deyil. Tariflərin artırılması ilk növbədə kiçik və orta biznesə təsir edəcək, qaz təchizatçıları insanların vəziyyətini nəzərə almalıdır”-o bildirib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam