Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Rusiyanın Qarabağ müharibəsində iştirakı var"

 

Rusiya Ermənistanın strateji əməkdaşıdır və onun təbii ki, bizim ölkənin hərbi təhlükəsizliyinə vasitəçilik etməsinə dair hüquqi öhdəçilikləri var.
"Xeberinfo.com":  Məlumata görə, Rusiya və Ermənistan KTMT-nın təsisçi ölkələridir, müvafiq olaraq çoxtərəfli münasibətlər formatında kollektiv təhlükəsizliyə dair qarşılıqlı öhdəçiliklərə malikdirlər.
Oxu.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bunları “Reqnum”a verdiyi müsahibəsində bildirib.
Ohanyanın sözlərinə görə, hər iki dövlətin baş qərargahı artıq birinci il deyil ki, Ermənistana qarşı hərbi aqressiya olacağı halda birgə hərəkət üzrə operativ planlama işləri aparırlar.
“Ümumilikdə Ermənistana qarşı müharibə başlasa Rusiya Ermənistan Respublikası və Rusiya Federasiyası arasında 29.08.1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardıma dair müqavilənin, 1995-ci ilin martın 16-da imzalanmış Ermənistan Respublikası ərazisində hərbi bazası barədə müqavilənin və 1992-ci ilin may ayının 15-də imzalanmış Kollektiv təhlükəsizlik barədə müqavilənin müddəalarında göstərilmiş öhdəçiliklərinə riayət edəcək”, – erməni nazir bildirib.
Azərbaycana Rusiyadan silahın çatdırılmasına dair suala cavab verən Ohanyan bəyan edib ki, bu məsələ onlar üçün çox delikat bir məsələdir: “Bir tərəfdən biz anlayırıq ki, istənilən müstəqil dövlətin silah satmaq hüququ var, amma eləcə də ehtimal edirik ki, strateji əməkdaşın maraqları və çəkindiyi məsələlər də nəzərə alınmalıdır. Ümid edirəm ki, bizim rusiyalı əməkdaşlarımız Azərbaycan ilə hərbi-texniki əməkdaşlığa yorulmadan nəzarət edirlər və qonşumuzun “silah mübtəlalığını” mümkün qədər azaltmağa çalışırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam