Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNİN “AVANQARD” TƏHDİDİ –Nüvə müharibəsi ehtimalında üstünlük Rusiya tərəfə keçdimi?

minoborony_putin

Rusiya müharibə aparmaq sferasında özünün innovasiya imkanlarını artırır. Vladimir Putinin ən yeni raket sistemi “Avanqard” Rusiyanın nüvə qüdrətini gücləndirməkdən daha çox, böyük dərəcədə ABŞ-ın diqqətini çəkmək üçün nəzərdə tutulub. Bu, onunla bağlıdır ki, Rusiya 26 dekabrda hipersəs silah sistemi “Avanqard” raketini uğurla sınaqdan keçirib. “Avanqard” ABŞ Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin yarılıb keçilməsi üçün nəzədə tutulan raket kompleksidir.

Yenixeber.org: Rusiya silahlı güclərinin qabaqcıl hərbi hissələrinin döyüş cərgəsinə “Avanqard”sisteminin veriləcəyi barəsində danışan Putin, onu da deyib ki, ABŞ-ın Raket Əleyhinə Müdafiə sistemləri bu silah qarşısında sədəcə olaraq gücsüzdür.

Çox güman ki, “Avanqard” özünün nüvə başlıqlı bloklarıyla Amerikanın istənilən raketyaxalayıcı vasitələrindən yan ötmək imkanına malikdir. Putin əmindir ki, irimiqyaslı nüvə qarşıdurmasında indi Rusiya Amerika ilə yarışa girə və hətta onu ötüb keçə bilər.

Lakin Putin belə düşünməklə yanılır. Düzdür, “Avanqard”-ın yaradılması həqiqətən də böyük təəssürat yaradır və bu kompleks Amerika ordusunun istənilən hipersəs sistemini üstələyir. Amma Rusiyanın hədəfə tuşlanma vasitələri, maddi-texniki və həmçinin də zərbə imkanları Amerikanın müvafiq sistemlərindən əhəmiyyətli dərəcədə geri qalır (Hərçənd ki, hədəfə tuşlanma sistemləri daima təkmilləşir).

Ona görə bu qənaətə gəlinir ki, Rusiyanın ballistik raketlərlə təchiz edilmiş sualtı qayıqları hədsiz səs-küylə işləyir. Digər tərəfdən isə, Rusiyanın strateji bombardmançıları köhnədir, rus hərbçilərinin peşəkarlığı isə yüksək sayıla bilməz. Əhali üçün böyük itkilərin olacağına baxmayaraq, ABŞ yəqin ki, Rusiya ilə nüvə müharibəsində qalib gələr.

Lakin “Avanqard” sistemi Putinə imkan verir ki, o, öz hərbi-sənaye kompleksini və ordusunu maliyyələşdirməyə hazır olduğunu və Amerikaya necə hərbi təhlükə törədə biləcəyini Vaşinqtona göstərsin. Putin açıq şəkildə bəyan edir ki, “Avanqard”-ın meydana çıxmasında amerikanlar günahkardır, çünki onlar özlərinin Raket Əleyhinə Müdafiə sistemlərini hazırlayıblar və Rusiya buna cavab reaksiyası göstərib. Hərçənd, Rusiya prezidenti yaxşı anlayır ki, bu müdafiə sistemi Rusiyanın nüvə potensialına heç zaman təhlükə yaratmayıb.

maxresdefault

Müharibənin başlaması halında ruslar Amerikanın Raket Əleyhinə Müdafiə sistemlərini sadəcə olaraq say tərkibi ilə əzə bilərlər. “Avanqard” kimi platformalar Rusiya və Çinə (bu ölkə də aktiv şəkildə öz hipersəs silahının hazırlanması üzərində işləyir) imkan verir ki, onlar ABŞ-a qarşı digər sahələrdə təhlükə törətsinlər.
Belə ki, gözləmək olar ki, 2020-ci ildə Moskva və Pekin əllərindəki hipersəs texnikasından yararlanmaq yoluyla daha güclü qeyri-nüvə sistemləri işləyib hazırlasınlar. Bu raketlər Amerikanın mühüm hərbi obyektlərini – iri komanda mərkəzlərini, qərargahları və aviadaşıyanları hədəfə götürə bilər.

ABŞ-ın yeni müdafiə naziri Amerika müdafiə sistemlərinə məsul olan şəxslərdən və bu cür təhlükələrə qarşı vasitələrin hazırlanması üzərində çalışanlardan bütün bunlara xüsusi diqqət ayırmalarını tələb etməlidir.
Ümumiyyətlə isə, “Avanqard” ABŞ-ın başlıca rəqiblərinin Rusiya və Çin olduğunu bir daha yada salır. Onların önünü Amerika ordusunun qüdrəti və hərbi komandanların bacarıqları vasitəsilə almaq lazımdır.

(“Washington Examiner”-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam