Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı Qarabağda dağıdıcı qələbə qazanacaq -Rus politoloq

 

Rusiya bu gün “Bulat” raket kompleksini sınaqdan keçirib. “Bulat” canlı qüvvəni, mühafizəsiz avadanlıqları və zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulmuş bir raket kompleksidir. Səkkiz raketdən ibarət olan bu kompleks, əslində, piyada qoşunlarına qarşı istifadə üçün nəzərdə tutulub.

Yenixeber.org: Rus hərbi ekspert, şərqşünas və politoloq İqor Pankratenko sözügedən raket kompleksinin ixracı haqda hələlik heç bir müzakirənin gözlənilmədiyini deyib:

“Çünki bu raket kompleksi hələ sınaq mərhələsindədir və seriyaya buraxılmayıb. 20-23 yanvar tarixində çıxması gözlənilən Rusiya silah ixracı siyahısına bu raket kompleksinin daxil edilməyəcəyini düşünürəm. Amma əminəm ki, o siyahıda rəsmi Bakıda maraq doğuracaq yeni helikopter Ka-52, zirehli maşın BMP-3 və T-90C tankları, onlar üçün nəzərdə tutulmuş artilleriya və raket sistemləri olacaq. Bu siyahıda taktiki sistemlər üçün nəzərdə tutulan yeni sursatların olması da gözlənilir”.

Ekspertin sözlərinə görə, Azərbaycan artıq Rusiya istehsalı olan silahların daha keyfiyyətli olmasına xüsusi diqqət yetirir:

“Onu da qeyd etməliyəm ki, hazırda Azərbaycan Ordusu Ermənistanın hərbi qüvvələrindən qat-qat üstündür. Söhbət həm də keyfiyyət üstünlüyündən gedir. Odur ki, isti müharibə baş verəcəyi halda, Azərbaycanın dağıdıcı qələbəsinə şübhə etmirəm”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam