Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İran sanksiyalara az qalmış alman bankından 3.2 ton avro çıxarmaq istədi-ABŞ imkan vermədi...

 

ABŞ-ın İrana qarşı təkrar sanksiyalarının qüvvəyə minməsinə bir neçə saat qalmış bu ölkənin hökuməti Almaniyanın “Bundesbank”ından 300 milyon avro nəğd pul çıxarmaq və təyyarə ilə Tehrana aparmaq istəyib. Lakin ABŞ-ın işə qarışmasından sonra bu əməliyyatın qarşısı alınıb.

 Yenixeber.org: Avropa mənbələri xəbər verir ki, sanksiyaların qüvvəyə minməsi ərəfəsində İran hökuməti “Bundesbank”a müraciət edərək ona məxsus olan 300 milyon avronu (100 avroluq kupyurlarla 3.2 ton ağırlığında) nəğd şəkildə çıxarmaq və təyyarəyə yükləyərək aparmaq istədiyini çatdırıb. Əvvəlcə “Bundesbank” pulları verməyə razılaşıb, lakin ABŞ-ın işə qarışmasından sonra şərti dəyişib.

 

“Biz alman hökumətindəki tərəfdaşlarımza minnətdarıq ki, onlar İranın destruktiv hərəkətinin qarşısını almağın zəruriliyini təsdiq ediblər. “Bundesbank”ın əməkdaşlıq şərtlərini sərtləşdirməsi nəticəsində nəğd pulların təyyarə ilə Berlindən Tehrana aparılmasının qarşısı alınıb”-ABŞ-ın Almaniyadakı səfirliyinin bəyanatında belə deyilir.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp İrana qarşı təkrar sanksiyaların avqustun 7-dən etibarən qüvvəyə minməsi barədə fərman imzalayıb. Fərmana əsasən İranın dollar bazarına çıxışı dayandırılır, beynəlxalq maliyyə əməliyyatları aparması məhdudlaşdırılır, habelə qızıl, gümüş və digər qiymətli metallarla ticarət aparmasına qadağa qoyulur. Hətta İran xalçalarının ticarətinə də embarqo qoyulub. Bu qadağalar İranda milli valyutanın-rialın dollarla müqayisədə kəskin dəyərdən düşdüyü , ölkədə valyuta qıtlığının və kəskin inflyasiyanın tüğyan etdiyi bir vaxtda qüvvəyə minir.

Məlumata görə həmin 300 milyon avroluq hesab “Eihbank” adlı Avropa-İran dövlət bankında olub. Lakin pulları ancaq “Bundesbank”dan çıxarmaq mümkün idi. Bank isə son anda şərt qoyub ki, pulların çıxarılmasına ancaq bir şərtlə icazə verə bilər-İran tərəfi pulların hansı məqsədlərlə xərclənəcəyinə dair izahat verməlidir. Əgər izahat yetərli olmasa bank pulların çıxarılmasına icazə verməyəcək.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam