Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Baş Prokurorluq Leyla Yunus barədə məlumat yaydı

 

          

       “Leyla Yunusova ilə bağlı müvafiq tədbirlər görüləcək”

"Xeberinfo.com": Leyla Yunusova və əri Arif Yunusov növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün iyulun 7-də istintaqa dəvət olunsalar da üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar.

L.Yunusova istintaq qarşısında şərtlər qoymasına dair Trend-in sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bir daha bildirib ki, L.Yunusovanın istintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir və Cinayət-Prosessual Məcəllənin 95-ci maddəsinə əsasən şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaqa gəlmək və dindirmələrdə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək kimi vəzifələrinin olmasına baxmayaraq o, növbəti dəfə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ifadə verməyəcəyini nümayişkaranə şəkildə bildirməklə qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələri yerinə yetirməkdən qəsdən yayınıb.

“L.Yunusova İstintaqa gəlməyəcəyi təqdirdə barəsində hansı qərarlar qəbul edilə bilər?” sualını cavablandıran E.Sultanov deyib ki, L.Yunusova Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi o da öz növbəsində qanunların tələblərinə riayət etməklə onlara hörmətlə yanaşmalıdır: “Əks təqdirdə barəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam