Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNİ DÖRDÜNCÜ MÜDDƏTDƏ NƏ GÖZLƏYİR? –Nə üçün Medvedev?

 7 may tarixində Putin dördüncü prezidentlik müddətinə başladı. Lakin 18 mart seçkilərindən keçən iki ay ərzində Putinin içində olduğu Rusiyadakı və beynəlxalq arenadakı vəziyyət daha da sərtləşdi. Düzünü desək, belə görünür ki, Putin baş verənlərə qarşı nə edəcəyini bilmir. Bunun müzakirə edilməsi maraqlı olardı.
                                               - Rusiya tənhalaşır
Yenixeber.org: Bu müddət ərzində çoxlu hadisələr baş verib. 25 martda Kemerovo şəhərində ticarət mərkəzi yanıb. Yanğın əleyhinə keyfiyyətsiz sistemin quraşdırılması səbəbindən, baş verən dəhşətli hadisə zamanı 64 nəfər həlak oldu. 14 apreldə ABŞ, Böyük Britaniya və Fransa Suriyada kimyəvi silah istehsal edən obyektlərə 105 ədəd “Tomaqavk” raketləri buraxıb. Bu zərbələr Əsəd administrasiyasının zarin kimyəvi zəhərindən istifadəsinə qarşı cavab idi.
Bu zərbə Əsəd hökumətinin dayağı kimi tanınan Putin Rusiyasının nüfuzuna xələl gətirdi. 4 mart Rusiyadakı prezident seçkiləri ərəfəsində ictimaiyyəti Skripal məsələsi həyacanlandırdı. Baş vermiş hadisədən sonra Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər ciddi şəkildə pisləşdi. Böyük Britaniyaya qaçmış keçmiş Rusiya kəşfiyatçısı “Noviçok” adlanan maddə ilə zəhərlənib. Sinir iflici yaradan “Noviçok” maddəsi Rusiyada hazırlandığı üçün Böyük Britaniya rusiyalı diplomatları ölkədən çıxardı. Bundan başqa otuza yaxın Qərb ölkəsi də bu tədbirləri dəstəkləyərək, anoloji addımlar atdılar. Rusiya isə qisas almağa qalxınca, onun Qərb ölkələri ilə münasibəti o dərəcədə pisləşdi ki, hətta kiçik soyuq müharibənin başlanması haqqında söhbətlər yayıldı.
O ki qaldı Asiyaya, bu istiqamətdə ABŞ, Şimali Koreya, Cənubi Koreya və Çin (hətta Yaponiya) Şimali Koreyadakı nüvə silahının ləğv olunması problemini həll etmək yolunda fəallıq göstərirlər. Amma Rusiya bu məsələdə heç də avtoritet kimi görünmür. Prezident Trampın İranın nüvə müqaviləsindən çıxmasından sonra Yaxın Şərqdə yaranmış gərgin vəziyyət üzündən neftin qiyməti qalxdı. Buna baxmayaraq, bu dəyişikliklə əlaqədar rublun məzənnəsi bərpa olunmayıb. Əksinə, Putinin inauqurasiya günü Rusiya-Amerika münasibətlərinin kəskin pisləşəcəyi təhlükəsinə görə rublun məzənnəsi dollar qarşısında bir qədər də aşağı düşmüşdü.
- Tandem dirçəldiləcəkmi?

Yuxarıda deyilənləri toplayıb ümumiləşdirsək, deyə bilərik ki, prezident seçkilərindən keçən iki ay ərzində Rusiya qarşıdan gələn qasırğayla mübarizə aparmalı olub. Putinin səmərəli əks-tədbirlərə nail olması görünmür. Elə problem də bundadır. Nə qədər radikal görünsə də, irəlidəki altı ildə Putin məhz durğunluqla qarşılaşacaq. Rusiya lideri tərəfindən Medvedevin yenidən baş nazir təyin olunması, sanki, gələcəyin pessimist mənzərəsini təsdiq edir.
Medvedev qeyri-qanuni varlanmaqda və özü üçün ultra- müasir evlərin tikilməsində və sairə bu kimi işlərdə ittiham olunur. Hal-hazırda Medvedev populyar siyasətçi hesab olunmur. Digər yandan isə Rusiyanın içində olduğu indiki iqtisadi böhrandan çıxması üçün bu adamın əvəzlənməsi gərəkdir. Təbii resurslardan yaxa qurtarmaq və Rusiya iqtisadiyyatını şaxələndirmək üçün islahatçı Aleksey Kudrini baş nazir təyin etmək lazımdır. Amma bütün bunlara baxmayaraq, prezident Putin Medvedevi saxlamaq qərarına gəlib. Nə üçün? Ona görə ki, Medvedev Putin üçün sədaqətli və əlverişli adamdır. Əslində Medvedevin prezidentlik dövründə hər şey Putinin əlində idi. Ola bilər ki, 2024-cü ildə prezidentlik müddəti qurtardıqda Putin öz siyasi həyatını təmin etməkdən ötrü “Tandem-2”-ni işə salsın.
- Putinin adı nüfuzlu şəxslərin siyahısına salınmayıb
Putinin dördüncü hakimiyyət müddəti ilə əlaqədar cəsarətli proqnoz verməyə çalışaq. Bu işdə bizə köməkliyi Putinin əvvəlki üç hakimiyyət müddətini təsvir edə biləcək şüarlar edəcək.
Birinci müddət (2000-2004-cü illər): önə çəkilən başlıca söz – “Rusiyaya sabitlik gərəkdir” şüarı idi. İş ondadır ki, Qorbaçov və Yeltsin zamanında qəflətən gəlmiş liberallaşma və demokratikləşmə Rusiya cəmiyyətinə xaos və yoxsulluq gətirmişdi.
İkinci müddət (2004-2008-ci illər): başlıca şüar - “Rifahın yüksəldilməsi” idi. Neftin qiymətinin sıçrayışlı yüksəlişi sayəsində neft ölkəsi olan Rusiya özünü maddi cəhətdən təmin edirdi.
Üçüncü müddət (2012-2018-ci illər): “Rusiya dünya arenasında nüfuz qazanıb”: ABŞ-ın təsirinin azalması nəticəsində və həmçinin də Ukrayna və Suriyadakı xaos üzündən prezident Putin Rusiyanın əhəmiyyətini nümayiş etdirdi və onun beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi.
Beləliklə, bəs görəsən dördüncü müddətin fərqləndirici xüsusiyyəti nə olacaq?
“Varislik” və ya da ki, “durğunluq”. Bunlar tanış sözlərdir və 18 illik Brejnev dövründəki SSRİ-nin vəziyyətini ifadə edir. Putin hakimiyyətdə Brejnevdən də çox qalacaq – 24 il. Rusiya politoloqu Andrey Kolesnikovun sözlərinə görə, “Putin-4” daimi durğunluğu ilə fərqlənəcək.
Bu yaz Amerikanın “Time” jurnalı Putinin adını dünyanın ən nüfuzlu yüz adamı siyahısına salmamaqla oxucularını təəccübləndirib. Bəlkə də bu bir qədər vaxtından öncə gəlinmiş qənaətdir, amma hər halda jurnal bəlkə də düz nöqtəyə vurub.
(“Sankey Simbun”-Yaponiya)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam