Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

TRAMP İRANLA NƏ ETMƏK İSTƏYİR? –“Putin İran-ABŞ münaqişəsinə müdaxilə edir”

 

netanyahu-trampin-ir

Nə vaxt ki söhbət İranın nüvə müqaviləsinin Vaşinqton və Təl-Əviv tərəfindən kəskin tənqidindən gedir, onda avrozonanın iki böyük dövlətinin başçıları Emmanuel Makron və Angela Merkel Rusiyanın müttəfiqinə çevrilirlər. Öz növbələrində Almaniya və Fransa da, bu məsələdə Vladimir Putinin onların tərəfində olduğuna güvənə bilərlər.

Yenixeber.org: Putin növbəti dəfə bildirib ki, İranın nüvə proqramı ilə bağlı ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən imzalanmış müqavilə beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün başlıca əhəmiyyət daşıyır və bütün tərəflər birmənalı şəkildə ona riayət etməlidirlər.

Bəzi məlumatlara görə Putin İranın nüvə sövdələşməsini İsrail lideri Benyamin Netanyahu ilə müzakirə edib. Bu görüşdən əvvəl Netanyahu deyib ki, onların, kəşfiyyat məlumatlarına əsasən əllərində sübut var ki, İran təkcə elektrik ishehsalı üçün deyil, həmçinin də hərbi məqsədlər üçün uranın zənginləşdirilməsi ilə məşğuldur.
30 apreldə Netanyahu İranı ittiham edərək bildirib ki, iranlılar nüvə silahı hazırlanması ilə əlaqədar yalan söyləyirlər. Bundan sonra “Drudge Report” saytında yayımlanan fotolarda ”Bibi” adlandırılan İsrailn baş naziri üzərində iri hərflərlə “İran yalan danışır”sözləri yazılmış böyük ekran qarşısında dayanıb.

Bu xəbərlərdən sonra “S&P” indeksi aşağı düşdü. Netanyahunun sözlərinə görə, İranın nüvə sazişini pozması ilə əlaqədar İsrailin əlində təxminən 100 min sənəd var. Çox tezliklə Vaşinqton həmin sənədlərin doğru olduğunu təsdiqlədi.

Öz prezidentliyinin elə ilk günündən İrana qarşı münasibətdə sərt mövqe tutan Donald Tramp deyib ki, İranla bağlı məsələdə o, ilk başdan haqlıymış.

tramp

Donald Tramp deyib: ”Yeddi ildən sonra bu müqavilənin müddəti bitir və İran nüvə silahının yaradılması ilə bağlı işlərini davam etdirmək hüququ əldə edə bilər. Bu müqavilənin ləğv olunması Şilmali Koreya ilə aparılan danışıqlara müsbət təsir göstərər”.

Hal-hazırda Şimali Koreya nüvə silahının hazırlanması ilə əlqədar iş aparır. İranın da hələlik nüvə silahı yoxdur, amma İsrail kəşfiyyatı iddia edir ki, iranlılar bu istiqamətdə işləyirlər.

Yaranmış mürəkkəb vəziyyətin gedişini diqqətlə izləyən iri sərmayəçilər ümid edirlər ki, İsrailin bəyanatı sadəcə olaraq Səudiyyə Ərəbistanı ilə İsrailin müştərək şəkildə İrana qarşı təzyiqidir və biz bu cür oxşar halı sanksiyalara hədəf gəlmiş Şimali Koreyaya qarşı Çin və Cənubi Koreyanın münaibətlərində də müşahidə edirik.
Keçən həftə Tramp deyib ki, əgər may ayında əlavə müqavilə imzalanmasa, onda ABŞ İranın nüvə proqramı ilə əlaqədar bağlanmış sazişdən çəkiləcək. Müqavilənin şərtlərinə yenidən baxılması üçün Tehranı masa arxasında oturmağa məcbur etməkdən ötrü yəqin ki, İsrailin haqqında danışdığı sənədlərdən istifadə ediləcək.

Merkel və Makron bu vəziyyətin sülh yolu ilə həllinə çalışırlar. Fransa bu məsələdə xüsusilə maraqlıdır, çünki onun neft nəhəngi “Total” şirkəti İrana böyük sərmayələr yatırıb. Yəqin ki, Tramp eyham vurur ki, İran ilə bağlanılacaq yeni müqavilə Avropa vasitəçilərindən birinin iştirakı ilə həyata keçiriləcək. Çox böyük ehtimalla bu dövlət ya Fransa, ya da Almaniya olacaq.

Bildiyimiz kimi Putin İranı özünün Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri hesab edir. Ancaq hələlik Rusiya bu danışıqlara dəvət almayıb.

(Forbes-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam