Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əsgər əsgəri postda güllələdi-qondarma “prezident” ölənə igidlik medalı verdi



Ötən gün aprelin 15-də erməni işğalçı birləşmələrinin Qarabağda təmas xəttindəki mövqelərindən birində güllə yarasından ölən erməni əsgəri qondarma “dqr prezidenti” Bako Saakyan tərəfindən igidliyə görə mükafatlandırılıb. Amma Ermənistan İstintaq Komitəsi bəyan edib ki, əsgər Alek Karapetyan döyüş vəzifəsini yerinə yetirərkən yox, xidmət yoldaşı tərəfindən güllələnib.

Yenixeber.org: İstintaq Komitəsinin bildirdiyinə görə bazar günü saat 19.15 radələrində təmas xəttinin şimal istiqamətində müddətli hərbi xidmət keçən Alek Karapetyan qarnından ölümcül güllə yarası alıb. O, hospitala aparılarkən yolda keçinib. Karapetyanın postda əsgər yoldaşı ilə mübahisə etdiyi və onun tərəfindən güllələndiyi məlum olub. Karapetyanı güllələyən əsgər saxlanılıb.

Qondarma “prezident” Bako Saakyanın imzaladığı “fərmanda” isə deyilir ki, Alek Karapetyan ölümündən sonra “Artsaxın müdafiəsində göstərdiyi igidliyə görə “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunub.

Bu, əlbətdə erməni işğalçı birləşmələrinin əsgərləri üçün əsl igidlikdir. Lakin daha yaxşı olardı ki, Karapetyanı zərərsizləşdirən əsgər də Saakyan tərəfindən göstərdiyi iglidliyə görə təltif ediləydi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam