Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Qarabağda döyüşlər qızışdı:erməni podpolkovnik öldürüldü

Qarabağda döyüşlər qızışdı:

Erməni jurnalistləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyana təmas xəttindəki döyüşlər və itkilər barədə suallar ünvanlasalar da o, şərh verməkdən imtina edib.

Xeberinfo.com:  Ovanisyana  Facebook səhifəsindən təmas xəttində baş verənlərlə bağlı suallar yağdırılır.

Xatırladaq ki, erməni qüvvələri bu gün bir hərbçinin öldüyünü, digərinin ağır yaralandığını açıqlayıblar. Ölən hərbçi “müqavilə əsasında xidmət keçən” Qexam Manukyan olduğu bildirilirdi, lakin mənbələrimiz dəqiqləşdirib ki, o, podpolkovnikdir, mühəndis-istehkam qoşunlarının rota komandiri olub. Ağdərə rayonundandır və aprel döyüşlərinin iştirakçısıdır.

*   *   *16:59

Qarabağda gedn döyüşlərdə erməni ordusunun mühəndis qoşunlarının 38 yaşlı podpolkovniki Qexam Manukyan da ölənlər arasındadır.

Bu barədə virtualaz.org-a Qarabağdakı mənbələr bildiriblər. O, mühəndis-istehkam qoşunlarında xidmət edirmiş. Mənbələrin bildirdiyinə görə bu gün səhər saatlarından etibarən Xankəndi hospitalına yaralılar daşıyırlar. Hospitalda yaralıların sayının getdikcə artdığı bildirilir, morqda isə azı 5 əsgər cəsədi var. Mənbəmiz həmin hərbçilərin adlarını və soyadlarını dəqiqləşdirməyə çalışır.

*   *   *14:21

Ermənistan işğalçı qüvvələri təmas xəttinin şimal (Talış-Goranboy) və şimal-şərq (Ağdərə) istiqamətində itki verib.

Separatçı erməni rejiminin “müdafiə nazirliyi”nin bildirdiyinə görə bu gün fevralın 8-də saat 11.00 radələrind təmas xəttinin şimal istiqamətində 1979-cu ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbçi Geqam Manukyan öldürülüb. Bundan əlavə saat 12.00 radələrində təmas xəttinin Ağdərə istiqamətində həqiqi hərbi xidmət keçən əsgər Koryun Kirakosyan ağır yaralanıb.

Erməni KİV-ləri xəbər verir ki, bu gün günorta radələrində Ağdərə istiqamətində yaralanan əsgər Koryun Kirakosyanın vəziyyəti kirtikdir, o, Xankəndi hospitalına çatdırılıb və hazırda əməliyyat olunur. Güllə Kirakosyanın başından dəyib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gün axşam saatlarında erməni silahlı birləşmələrinin ordumuzun mövqelərinə toplardan və minomyotlardan atəş açaraq diversiya həyata keçirməyə çalışdığını bildirib. Nəticədə düşmən mövqelərinə artilleriyadan cavab zərbələri endirilib, ermənilərin istehkam qurğuları dağıdılıb.

 Virtualaz.org 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam