Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qarabağda erməni əsgəri öz hərbçi yoldaşı güllələyib"

 

"Əsgər Arman Osipyan öz əsgər yoldaşı tərəfindən güllələnib, onu vuran digər əsgər isə yaralı vəziyyətdə saxlanılıb"

"Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun bu gecə öldürülmüş əsgəri xidmət etdiyi hərbi hissədə intizamsızlığın qurbanı olub".

"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Ermənistan ordusunun əsgəri Arman Osipyan öz əsgər yoldaşı tərəfindən güllələnərək öldürülüb: “Bizdə məlumat var ki, o, Ermənistan ordusundakı nizam-intizamsızlığın, qarşılıqlı münasibətlərin pozulmasının qurbanı olub. Bu gecə iki erməni əsgəri arasında baş vermiş atışmada Osipyan aldığı güllə yarasından ölüb, onu vuran əsgər yoldaşı isə ağır yaralı vəziyyətdə saxlanılıb”.

*     *    * 10:43

Fevralın 14-də gecə saat 04:40 radələrində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağən şimal-şərqindəki hərbi hissələrdən birində xidmət edən 20 yaşlı Arman Osipyan aldığı güllə yarasından ölüb.

Azvision.az Ermənistan KİV-nə istinadən bildirir ki, hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Qeyd edək ki, fevralın 10-da Qarabağda erməni zabit də aldığı güllə yarasından ölüb. Onun ölümünə görə hərbçi yoldaşı həbs olunub. Arman Osipyanın da özünü güllələdiyi, yaxud hərbçi yoldaşlarının vurduğu istisna olunmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam