Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QƏTƏR BÖHRANININ SİRRİ ÇÖZÜLÜR –Vaşinqtonun Ərəb Əmirlikləriylə qaranlıq əlaqələrindən nələr üzə çıxır?

Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

Yenixeber.org: 15 iyul çevriliş təşəbbüsü öncəsi FETO-çulara fələstinli agent Məhəmməd Dahlan vasitəsilə pul göndərdiyi və Gülənlə də görüşdüyü məlum olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tramp administrasiyası ilə qurduğu qaranlıq əlaqələr xüsusi prokuror Müller tərəfindən araşdırılır.

İllər öncə Qəzzadan çıxarıldıqdan sonra BƏƏ-yə qaçan və bu dövlətin agenti halına gələn Məhəmməd Dahlanın fəaliyyətlərini 11 noyabr 2017-ci il tarixli “Bölgəmizdə gizli planları kim qurur?” başlıqlı yazımda anlatmışdım. BƏƏ əmirinin müşaviri olan Dahlanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da güclü əlaqəsi vardır. BƏƏ-nin yönləndirdiyi Dahlan, ABŞ, Səudiyyə Ərəbistanı və İsrail əməkdaşlığı ilə həyata keçirilən böyük regional planın Vaşinqtondakı pərdəarxası oyunçularının da adamıdır.

Xüsusi prokuror Müllerin Rusiya ilə əlaqələri araşdırma prosesində şahid kimi dindirdiyi insanların verdiyi ifadələr səbəbilə, o araşdırmanın miqyası başqa ölkələri də içinə alacaq şəkildə inkişaf edir və Tramp administrasiyasının qurduğu bəzi qaranlıq əlaqələr araşdırılır.

Bu qaranlıq əlaqələrin tam da göbəyində Vaşinqtonda Türkiyə əleyhinə fəaliyyətləri ilə tanınan BƏƏ səfirinin olması, onlarla birlikdə işləyən və qaranlıq fəaliyyətləri məlum olan bir özəl təhlükəsizlik məsləhət şirkətinin sahibi Eliot Broidinin (Elliott Broidy) Qətər səfirinə yazdığı məktubun New York Times”a verilən surəti sayəsində ortaya çıxıb.

Hər casusluq hadisəsində olduğu kimi, bu hadisədə də qaranlıq xarakterlərin sayı kifayət qədər çoxdur və hamısının da birdən artıq dərin əlaqəsi olduğu üçün məsələni həmən təhlil etmək asan deyil. Bu üzdən baş verənləri bir-bir yazmağa çalışacam.

 

Qaranlıq və dərin əlaqələr

 

Mənim burada ilk dəfə vəzifə aldığım Klinton administrasiyası dövründən bu yana xüsusilə Suriya ilə ABŞ hakimiyyəti arasında gizli əlaqələri quran Corc Nader(George Nader) adlı Livan əsilli bir amerikalı var. New York Times” da əlaqələr zənciri haqqında yazdığı yazını bu xarakter üzərində qurub.

Bu Corc Nader son illərdə Vaşinqtonda BƏƏ əmirinin müşaviri olaraq işləyir və Ağ evə də tez-tez girib çıxır. BƏƏ-nin hakimiyyətdə əlaqələr satınalma təşəbbüslərinin baş aktyoru Naderdir.

Daha öncə bəhs etdiyim Eliot Broidi, kampaniyalarına pul tapdığı üçün Trampa çox yaxın olan biridir. Nader də Broidi ilə yaxınlaşaraq, onun vasitəsilə Trampla əlaqə qurur. BƏƏ-nin Türkiyə əleyhinə olan fəaliyyətlərini də bu əlaqələri sayəsində administrasiyaya təsirli formada çatdırır.

Eliot Broidi bundan təxminən altı ay öncə Trampla Oval Ofisdə xüsusi bir görüş keçirdi, sonra da bu görüşdə olan söhbəti Naderə anlatdı. Danışılanların yayıldığı anlaşılınca da Qətər səfirliyinin ona qarşı casusluq etdiyini və həmin məlumatları oğurladığını anlatmağa başladı. Qətər səfirliyinə bir məktub (bu məktubun bir surəti məndə də var) da yazıb bu ittihamı irəli sürdü.

Qaranlıq əlaqələr şəbəkəsi beləcə bir-bir ortaya çıxır və araşdırılır. Naderin Qətərə qarşı əməliyyat aparması üçün Trampı Broidi vasitəsilə razı saldığı da bildirilir.

FETO-ya pul yardımı da edən BƏƏ-nin xüsusi prokuror Müller tərəfindən araşdırılmağa başlanması FETO əlaqələrinin araşdırılmasını istəyən və Gülənin verilməsini tələb edən Türkiyə baxımından olduqca önəmli bir hadisədir.

8 martda burada yaradılacaq üç komissiyadan (ABŞ-TC komissiyası – tərc.) biri Gülənin təhvil verilməsilə bağlı olacağından, baş verən bu hadisələrin əhəmiyyəti daha da artır. Bu arada, BƏƏ-nin burada Türkiyə əleyhinə fəaliyyət göstərən bəzi FETO-çu mətbuat qurumlarına pul yardımı etdiyi də unudulmamalıdır.

Dərin əlaqələri aça bilən bəzi qaynaqların dediyinə görə, “Əgər Müller bu kirli əlaqələri də ortaya tökərsə, bu, Gülənin təhvil verilməsi baxımından Türkiyənin əlinə böyük bir kozır verə bilər”.

Ayrıca, bunu da qeyd etməliyəm: Naderin Suriya və İraqda aktiv olan və“Akademiya” adı ilə tanınan özəl təhlükəsizlik şirkəti Blackwater”la da əlaqəsi var. Əgər bir gün bu Blackwater” şirkətinin qaranlıq əlaqələri araşdırılarsa, ortaya Türkiyə baxımından çox önəmli nəticələrin çıxacağı da söylənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam