Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Londonda mal-mülkü olan oliqarxlar “yandı”



Böyük Britaniya ərazisində dəbdəbəli həyat tərzi keçirən və korrupsiyada şübhəli sayılan zəngin xarici vətəndaşlar bu sərvətin mənbəyini əsaslandırmalı olacaqlar. Bu barədə Britaniyanın təhlükəsizlik naziri Ben Uolles “The Times”ə bildirib.

Yenixeber.org: Xəbər verilir ki, Britaniya hakimiyyəti ötən həftə qüvvəyə minmiş və mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan yeni qaydalar əsasında oliqarxları hədəfə alacaq. Bu qaydalar Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir.

Bildirilir ki, bu yoxlamalar Rusiya, Çin və Yaxın Şərqdən olan investorlara tətbiq ediləcək. Söhbət Londonda daşınmaz əmlaka onlarla milyard dollar sərmayə qoyan oliqarxlardan gedir.

Ben Uolles bildirib ki, Rusiyadan xarici banklar, o cümlədən Britaniya bankları üzərindən on milyardlarla dollarlar xaricə çıxarılıb. “Biz daha buna imkan verə bilmərik”-məmur deyib.

Britaniyanın mütəşəkkil cinayətkarlıq üzrə Milli agentliyinin məlumatına görə bu ölkə üzərindən hər il orta hesabla 127 milyard dollar “yuyulur”. Lakin agentlik bu rəqəmi də aşağı sayır, ehtimal edir ki, Britaniya offşorları üzərindən yuyulan çirkli pulların məbləği bundan da çox ola bilər.

Antikorrupsiya fəalları və beynəlxalq insan haqları təşkilatları neçə vaxtdır ki, çirkli pulları Londonda daşınmaz əmlaka yatırmaqla yuyan xarici oliqarxlara qarşı mübarizə aparılmasını, onların aktivlərinin dondurulmasını tələb edird.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam