Yenixeber.org: Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus "Mardan Palace" otelində vəziyyət günü-gündən pisləşir. 2009-cu ild Şaron Stoun, Riçard Gere, Paris Hilton, Maray Keri və Monika Bellucci kimi dünya ulduzlarının iştirakı ilə açılışı olan otelin işığı da kəsilib.
"Mardan Palace" turizm mövsümünün ən fəal dövründü - avqust ayında müştəri qəbulunu dayandırmışdı. Daha sonra borc səbəbindən suyu kəsilən otelin borcları günü-gündən artır. Hətta bir müddət əvvəl borc səbəbindən Telman İsmayılvun oğluna məxsus 2 milyon lirə qiyməti olan avtomobil müsadirə olunaraq hərraca çıxarılmışdı.
 
Bir müddət əvvəl yerli elektrik idarəsi otelin işığını kəssə də, sonradan borcların ödənilməsi ilə bağlı anlaşma əldə olunmuşdu. Amma borc miqdarının sürətlə artması yenidən eletrik enerjisi kəsili. İndi 1,4 milyard dollara başa gəlmiş "Mardan Palace"nin vacib ehtiyacları generatorlar vasitəsi ilə ödənilir. 
"Mardan Palace"nin 1000-ə yaxın işçisi var idi. Artın onların demək olar hamısı işdən çıxarılıb. Otelin onlara 4-5 aylıq maaş borcu var. Bəzi işçilər maaşlarını almaq üçün məhkəməyə üz tutub. İndi oteldə çox az sayda mühafizəçi çalışır.
Aydın