Azərbaycanlı milyarderə daha bir zərbə: 1.5 milyardlıq oteli bağlandı

Antalyada yerləşən Telman İsmayılova məxsus "Mardan Palace" otelinin işçilərinə maaş ödəyə bilmir. 

Yenixeber.org: Otelin işçiləri maaşlarını ala bilmədikləri üçün Antalya Əmək və İş İdarəsinə şikayət edib.

Məlum olub ki, Telman İsmayılov artıq bir neçə aydır işçilərinə maaş verə bilmir. Antalya Əmək və İş İdarəsinə edilən şikayət ərizəsinə otel personalının əksəriyyəti imza atıb.

Bu arada "Mardan Palace" rəsmi internet saytı vasitəsi ilə etdiyi otaq satışlarını tamamilə dayandırıb. Sayt vasitəsi ilə rezervasiya etmək istəyənlər "Axtardığınız kriteriyalara uyğun otaq tapılmayıb" xəbərdarlığı ilə üzləşir.

Boş otaqları göstərən bölmədə sentyabr ayının qalan günləri və oktyabr ayının bütün günlərində satışın dayandırıldığı görünür. Noyabr ayı üçün rezervasiya tələbi isə sistem tərəfindən avtomotik olaraq rədd edilir. Otelin rezervasiya xəttinə və rezervasiya emaillərinə cavab verilmir.

Otel rəhbərliyi isə verdiyi açıqlamalarda otelin bağlanmadığını, sifarişlərin bir həftəlik dayandırıldığı bildirir.

Telman İsmayılov - Şaron Stoun

Qeyd edək ki, "Mardan Palace" 2010-cu ildə "Dünyanın ən lüks oteli" mükafatına sahib çıxmışdı. Dolmabahçe Sarayı, Kuleli Askeri Liseyi formasında inşa olunmuş, Qalata kürpüsünə və Qız Qalasına bənzərliyi ilə seçilən otelin tikintisinə Telman İsmayılov 1,5 miyard dollar xərcləyib. Bu günə qədər oteldə Şaron Stoun, Riçard Qere, Paris Hilton, Mariah Karey, Monika Belluci kimi ulduzlar otelin qonağı olub.

 

Telman İsmayılov - Monika Belluci

Onu da qeyd edək ki, Rusiyada Telman İsmayılovla bağlı cinayət işi açılıb. Azərbaycanlı milyarderlə bağlı 5 maddə üzrə istintaq aparılar. İsmayılov Rusiya Cinayət Məcəlləsinin 210 (cinayətkar qruplaşma qurmaq), 105 (qəsdən adam öldürmə), 222 (qanunsuz silah saxlama), 172 (qanunsuz bank faliyyəti) və 167 (özgə əmlakının yandırılması) maddələri ilə ittiham olunur.

İddia olunur ki, azərbaycanlı oliqarxın daxil olduğu qruplaşma hələlik iki sifarişli qətldə ittiham olunur. Lakin onlar daha 3 nəfrin qətlində şübhəli bilinir. Amma bu qətllərin sayı 10-dan artıq ola bilər.

Telman İsmayılovun qardaşı Rafiq İsmayılov artıq həbsdədir. O, ailənin güc əməliyyatlarına rəhbərlik edib, kriminal aləmlə əlaqədə olub və işlərinə mane olan şəxslərin aradan götürülməsini təşkil edib. İş adamının digər qardaşı Vaqif İsmayılov isə axtarışa verilib.

İsmayılovlar həmçinin Moskvadakı Lianozovsk bazarının yandırılmasında ittham olunur. 

Ötən həftə Rusiyaya hüquq-mühafizə orqanları Telman İsmayılova məxsus 12 ünvanda axtarış aparıb. 

Aydın (qaynarinfo)