“Böyük İsrail” və Kürdüstan:Yaxın Şərqdə “İnon planı” gerçəkləşdirilir – Təhlil
İsrail baş naziri Benyamin Netanyahu və Məsud Bərzani
Ardan Zentürk
Star gazete (Türkiyə), 08.09.2017
Yenixeber.org:Kürdlərin Yaxın Şərqdə bərabərhüquqlu vətəndaş kimi daxil olduqları və son illərin demokratikləşmə prosesi sayəsində mədəni hüquqlarına zəmanət verildiyi güclü bir dövləti var. Bu dövlət Türkiyə Cümhuriyyətidir. Bu baxış nöqtəsini möhkəmləndirməkdən ötrü kürd xalqının müəyyən bölgədə yaşamağa məhkum olunaraq həm də vətəndaşlıq hüquqları olmadan Səddam dönəmində İraqda və Əsədin dövründə Suriyada necə yaşadığını tutuşdurmaq yetərlidir. Hətta imperializmin Yaxın Şərqdə silahlanmış müqəvvası qismində çıxış edən PKK da bu qədim bölgənin müdrik xalqlarının arasına çiv vurmaq iqtidarında deyil və bu ölkənin bütün adamları PKK-nin 40 illik qanlı avantürasını “imperialistlərin xarici həmləsi” kimi dəyərləndirirlər.
“İnon planı” və Kürdüstan tarixi
İmperializm 1980-lərin əvvəlində “böyük İsrail imperiyası çətiri” altında Yaxın Şərqin rekonstruksiyası planını işə salıb və ilk addım 1980-ci il sentyabrın 22-də başlanmış və səkkiz il sürmüş İran-İraq müharibəsi idi. İmperiyaçı güclər bu müharibənin gedişində iki müsəlman dövlətinə “həm bizimki, həm də sizinki” prinsipini tətbiq edərək hərbi, iqtisadi, sosial fəlakətə yol açıblar. Fars körfəzindəki müharibələr və 2003-cü ildə İraqın işğalı bu strategiyanı davam etdirib.
Oded İnonun 1982-ci ildə qələmə aldığı və bütün müsəlman dövlətlərinin, birinci növbədə bölgənin ərəb ölkələrinin süqutunu nəzərdə tutan “İnon planı” məhz bu dövrdə qüvvəyə minib. PKK isə özünün ilk teraktını 1983-cü ildə həyata keçirib.
Plan sadə, amma qanlıdır: İraq-Suriya-Livan bölgəsi vaxt keçdikcə İsrailin nəzarətinə keçməli olan xırda dövlətlərə bölünməlidir. Hər şeydən əvvəl İraq kürd-sünni-şiə oxu üzrə bölünməli, sonra isə Türkiyə-İran-Pakistan xətti də bölünməyə məhkum edilməlidir…
Bu plan faktiki olaraq “Böyük İsrail”in yaradılması kimi görünür və bu bölgəyə münasibətdə Amerika xarici siyasətinin əsas oxunun biçimlənməsini nəzərdə tutur. İsrailin dəstəyi ilə yaradılacaq Kürdüstan bu planın çıxış nöqtəsi, müəyyən mənada təkcə İraqa deyil, həm də Türkiyə, Suriya və İrana təsir etməli açar olmalıdır.
Deyəsən, İnon planı İraq və Suriyada uğurla nəticələnib və indi bu dövlətlərin unitar quruluşunu saxlamağımız çətin olacaq. Birbaşa deyək ki, bu plan Sudan, Yəmən və Liviyada qalib gəlmək üzrədir. Yaxın Şərqin domino effekti ilə üzləşəcəyi halda parçalanmağa məruz qalan hər bir ölkə növbəti dövlətdə yeni cəbhənin açılmasına təkan verəcək.
Almaniya – sionist dövlətdir
Bu gün Böyük Britaniyanın XIX əsrdə hazırladığı və məqsədə uyğun olaraq ingilis-sakson birliyinuin bir qədər dəyişdirdiyi planın davamını seyr edirik. Amma diqqətçəkəndir ki, Türkiyəyə qarşı istifadə edilən ölkə Almaniyadır. Almaniya müstəqil dövlət deyil. Onun II dünya savaşı dönəmindən sonra sovetlər tərəfindən işğal edilmiş ərazisi yaxın keçmişdə Britaniya, Amerika və Fransanın işğal zonası ilə birləşdirilib. Lakin əslində, Almaniya sionizmin əsas oxu ilə dövlət eyniyyətinə malikdir. Nasistlərin yəhudilərin başına gətirdiklərinə görə bədəl bununla başa çatıb ki, alman dövləti və xalqı sionizmin tam nəzarəti altına düşüb və buna görə də Almaniyadan qaynaqlanan bütün bəyanatların baş adresatı İsraildir.
Onlar nədən narahatdırlar?..
Putin və Əroğan zənciri qırıblar
İran çox qədim zamanlardan var olduğuna baxmayaraq İnon planının gerçəkləşməsindən maksimal səmərə əldə etmək qəsdilə müsəlman dünyasını satıb. İranın baş strategiyası bundan ibarət idi ki, sionist planı yönündə parçalanmış sünni bölgəsinin önəmli qismini qoparsın, gerçəklikdə isə ABŞ və Rusiyanın bölgəyə müdaxiləsi ilə üzləşib və başa düşüb ki, 80 milyard dollardan çox xərc və minlərlə ölümə baxmayaraq ona heç nə çatmayacaq və indi Türkiyədən savayı inana biləcəyi başqa güc qalmayıb.
Digər yöndən, iki müxtəlif cəbhədən və iki liderdən “İnon planı”na sarsıdıcı zərbə endirilib. Birincisi, Putin BƏƏS-ə hərbi dəstək verərək Suriyanın dağılması prosesini ləngidib və durumu öz nəzarətinə götürüb. İkincisi, Ərdoğan Azad Suriya Ordusuna dəstək göstərməklə döyüş meydanında tarazlığı təmin edib, süqutu dayandırıb.
İndiki anda bircə İraq və Suriyanın dağılması üçün dəridən-qabıqdan çıxan yeganə güc Amerika Birləşmiş Ştatlarıdır…
İsrailin Bərzaninin müstəqillik referendumunu rəsmən müdafiə etməsi bu planı açıq şəkildə üzə çıxardır.
2016-cı il 15 iyul dövlət çevrilişi cəhdi uğurla nəticələnsəydi, Putin bu bölgədə yalqız qalacaqdı. Buna görə də bu hadisələrin gedişində açıq şəkildə Türkiyənin tərəfini tutdu, qiyamdan bir həftə sonra isə Sankt-Peterburqda Ərdoğanla görüşdü və münasibətlərin yumşalması prosesini fəal davam etdirdi.
Bir sözlə, Ərdoğan-Putin uzlaşması Yaxın Şərq üçün həyat önəmli dəyərə malikdir.
Tərcümə: Strateq