Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Pew Research Center”in rəy sorğusu:ən populyar ölkə Türkiyə, ən sevimli lider Ərdoğandır – Araşdırma

Özcan Tikit

Habertürk (Türkiyə), 13.12.2017

 

Yenixeber.org: Amerikanın Pew Research Center araşdırma şirkəti Türkiyə, İran, Rusiya, Səudiyyə Ərəbistanı, İsrail və Misiri əhatə edən ictimai rəy sorğusu keçirib. Sorğuya qatılanların əksəriyyəti qeyd edib ki, Türkiyə, ABŞ və Rusiya bölgədə on il öncəkindən daha mühüm rol oynamağa başlayıb. Türkiyənin böyük rol oynamağa başladığının xeyrinə fikir ifadə edənlərin sayı 63% təşkil edib. Eyni zamanda, sorğu iştirakçılarının 53%-i iddia edib ki, İran bölgədə əvvəlkindən daha fəal rol oynayır. Səudiyyə Ərəbistanı və İsrailin də bölgədə daha fəal olmağa başladığını söyləyənlərin sayının bir az artdığı qeydə alınıb. Sorğu iştirakçılarının fikrincə, Misir isə az rol oynamağa başlayan yeganə ölkə olub.

 

İsrail yəhudiləri

 

Başqa cür baxış nöqtəsi tərəfdarları sırasında təkcə İsrail sakinləri hesab ediblər ki, Türkiyənin bölgədəki rolu azalıb. Müşahidə olunub ki, bu rəy xüsusən də İsrail yəhudiləri arasında üstünlük təşkil edir (45%). Türkiyənin bölgədə fəallığının azaldığını hesab edən İsrail ərəblərinin sayı isə 29% təşkil edib. Livanda əhalinin bütün qrupları əmindir ki, bölgədə İranın rolu yüksəlib.

Bununla yanaşı, İsrail və Türkiyədə deyirlər ki, bölgədə İranın rolu azalıb. Səudiyyə Ərəbistanının bölgədə böyük rol oynamağa başladığını sanan yeganə ölkə İordaniyadır.

Bu zaman Rusiyanın bölgədə müsbət rol oynadığı düşüncəsi tərəfdarlarının sayı 35% təşkil edib, bu göstərici ABŞ baxımından 27% səviyyəsində qeydə alınıb. İranın müsbət rolunu hiss edənlərin sayı 14%, Səudiyyə Ərəbistanı üçün isə 44% yaradıb.

Hesab edildiyi kimi, keçən on illiklərlə müqayisədə bölgədə böyük rol oynamağa başlamış dövlətlər reytinqində Türkiyə orta hesabla 63%-lə birinci olub. İordaniyalıların 76%-i, livanlıların 63%-i, tunislilərin 59%-i, israillilərin 33% -i hesab edir ki, Türkiyənin Yaxın Şərqdə və Şimali Afrikada fəallığı artıb. Türkiyənin ardınca İran (ortalama 53%), İsrail (46%), Səudiyyə Ərəbistanı (41%), Misir (19%) gəlir. İran bölgədəki rolu daha az bəyənilən dövlət olduğu halda Türkiyə daha çox təqdirə layiq görülən ölkə kimi önə keçib.

 

Böyük fərqlə ən populyar lider

 

Araşdırma çərçivəsində İsrail, İordaniya, Tunis, Livan və Türkiyədə sorğulananlardan Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, İran prezidenti Həsən Ruhani, Suriya prezidenti Bəşər Əsəd, Səudiyyə Ərəbistanı kralı Salman, İordaniya kralı Abdulla, İsrail baş naziri Benyamin Netanyahuya münasibətləri haqda soruşublar. Araşdırmada adı çəkilən bütün liderlərdən preziident Ərdoğan ən populyar fiqur olub. Ərdoğanın populyarlığı İordaniyada 66%, Tunisdə 59%, Livanda 42%, İsraildə 15% səviyyəsində qeydə alınıb. Yaxın Şərq və Şimali Afrikanın ən az sevilən liderləri isə Netanyahu, Əsəd və Ruhani olub. Araşdırmanın yekunlarına əsasən, başqa liderlər digər ölkələrdə populyarlığa görə Ərdoğandan xeyli geridə qalırlar.

 

Barışıq ümidi – 26%

 

Suriyada vətəndaş müharibəsinin növbəti ildə yekunlaşdırıcı tamamlanmaya gedəcəyini hesab edənlərin sayı 26% səviyyəsində qeydə alınıb. Halbuki 32% deyib ki, müharibə ən yaxın beş ildə bitəcək, 29%-in fikrincə, xeyli vaxt aparacaq. İordaniyadakı suriyalılar daha nikbin kökləniblər. İordaniyadakı qaçqın suriyalıların 64%-i əminlik ifadə edib ki, müharibə 2018-ci ildə sona çatacaq. Bununla bərabər,Türkiyə, İordaniya və Livan sakinlərinin  əksəriyyəti istəyərdi ki, ölkələrinə Suriya qaçqınları daha az gəlsin.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam