Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Övladlarının avtomobilləri altında “əzilən”MƏMURLAR

Övladlarının avtomobilləri altında “əzilən”

 

Yenixeber.org: Yüksək vəzifəli məmurların təkcə özləri ilə bağlı deyil, onların övladları, ailələri haqda məlumatlar hər zaman ictimai kəsimin diqqət mərkəzindədir. Yüksək vəzifə sahibləri ictimai əhəmiyyətli fiqurlar hesab olunurlar.

Bu baxımdan onlarla bağlı xəbərlər, görüntülər mətbuat səhifələrində diqqətçəkən başlıqlarla tirajlanır, geniş müzakirələrə yol açır.

 

Məmur övladları heç də həmişə cəmiyyət üçün nümunəvi olmurlar. Bir çoxları valideynlərinin tutduğu posta güvənərək qanun pozuntularına yol verir, xoşagəlməz hadisələrlə gündəmə gəlirlər.

 

Mətbuatda bahalı maşınları, “avtoşluq”ları ilə ad çıxaran, qiymətli qızıl-zinət əşyaları ilə öyünən, bahalı villalarını sosial şəbəkələrdə açıq-aşkar reklam edən məmur övladları və onların “şıltaqlıqları” gözdən yayınmır. Qiymətli yüz minlərlə ölçülən maşınlarla Bakıda avtoxuliqanlıq edən məmur balalarının yol verdiyi nöqsanlardan daha çox onların vəzifə sahibi olan ataları əziyyət çəkir.

 

Prezident İlham Əliyev bir neçə çıxışında bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə diqqət etməyə çağırıb. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib.

 

İlham Əliyev çıxışlarının birində  deyib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

 

Modern.az saytı rəsmi məlumatlar əsasında “qəhrəmanlıq” edən bəzi məmur övladlarını sizə təqdim edir.

 

Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərovun oğlu Elxan Bəylərli atasına əngəl yaradan övladlardan biridir.

 

Övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardan biri də Tərtər rayon icra başcısının keçmiş birinci müavini Vidadi Bəylərov olub. 2013-cü ildə  V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomabil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub. Hadisəyə gəlincə, məmur oğlu başqa bir gənclə "qonkaya" çıxıb və "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.

 

Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənovun oğlu Tural Həsənov da atasına əngəl yaradan övladlardan biridir.

 

Polis avtoxuliqanlıq etdi, həm özü, həm atası işdən çıxarıldı...

 

2014-cü ildə  Zığ şossesində polis əməkdaşı Tural Həsənov avtoxuliqanlıq edir. Buna görə onun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilir.  Belə ki, onun övladı Tural Həsənov Zığ şossesində dostu ilə avtomobillə sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb.

Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub.  Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.

 

 

Digər “qəhrəman” isə Gəncədə 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanovun oğlu Vasif İmanov olub.

2013-cü il iyulun 30-da Gəncə şəhər Baş Polis İdarəsinin iki əməkdaşı polis nəfərləri Zaur Yusibov və Azər Qarayev Hacıkənd qəsəbəsində, yol polisi əməkdaşları ilə birgə sərxoş sürücülərin aşkarlanması istiqamətində tədbirlər həyata keçirən zaman, “VAZ 2107” markalı, 90 MZ 039 dövlət nömrə nişanlı avtomobilə “Saxla!” işarəsi veriblər. Avtomobildən düşən, 1993-cü il təvəllüdlü, Azərbaycan İqtisad Universitetin 4-cü kurs tələbəsi Vasif İmanov sərxoş vəziyyətdə polis əməkdaşlarını söyüb. Polis əməkdaşları  20 yaşlı gənci nizam -intizama dəvət etmək istəyərkən gənc onlara müxtəlif bədən xəsarətləri yetirib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılıb. Nəticədə hadisəni törədən şəxs tutulub.

 

Yüksək vəzifəli məmurlar biri kreslosu ilə necə vidalaşdı...

 

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov da atasının işdən qovulmasına səbəb olan övladlardandır.

 

Xalid Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobili ilə qəza törədib. Qəza nəticəsində tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi dünyasını dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının 3 ilini çəkib. O, prezident İlham Əliyevin 16.03.2017-ci ildə imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Qeyd edək ki, bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

 

“Qəhrəmanlarımız”dan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovdur.

 

O, əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilibmiş. Bununla belə Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək, qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib. Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib.

 

Nəticədə Prezident İlham Əliyevin sərəncamı ilə iyulun 11-də  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general Novruzəli Orucov vəzifəsindən azad edilib. Xuliqanlıq edən  Rüstəm Orucov həbs edilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində bu gün Daxili  İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

 

Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail Allahverdiyevin  idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilmiş və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam