Nəzarətsizliyin nəticələri:Tarif Şurası və İqtisadiyyat nazirliyi nəyə nəzarət edirlər?
Yenixeber.org: Dövlətimizin idarə edilməsində iştirak edən Ali şəxslərindən dörd nəfərə inanıram.Bu dörd nəfərlə dövləti idarə etmək mümkündürmü?
26 ildir Müstəqilliyimizi bərpa etmişik. Lakin sıralarımızda elə moşenliklər var ki, şəxsi maraqları naminə dövlətimizi büdrətməyə istiqamət götürüblər. Onlar əməlləri ilə hökumətlə əhalini qarşı qarşıya qoyurlar.Bunlar elə şəxslərdir ki, keçmış MTN əməkdaşları həmin vəzifəli şəxslərin yanında toya getməlidirlər. Keyfiyyətsiz ərzaq məhsulları satıcılar tərəfindən baha qiymətələ alıcılara sırınır və nəzarət isə yoxdur. Sual meydana çıxır ki,Tarif Şurası və İqtisadiyyat nazirliyi kimə, nəyə nəzarət və xidmət edirlər?
1. 35 qəpiklik cörək sanki opilkadan hazırlanır. Bilmirik cörək yeyirik, yoxsa mişardan çıxan ağacovuntusu?Satıcıya –opilkadanhazılanmış çörəyi nə ücün qəbul etdiyini,- soruşanda lazımsız deyimlər və ifadələr ortaya çıxır. Axı təqaüdçünün keyfiyətli çörək almağa maddi imkanı da yoxdur.
2.Makromart-2 dən(Xətairayonu, Gəncə prospekti 60)0.5 kiloqram çəkidə “camış qatığı” adında 1.65 manat məbləğdə yeyinti məhsulu aldım. Bu məhsul turşumuş və 50 %-i tam su olan pis dad verdi. Mən etirazımı çek vurana bildirdim.Bu kimi xoşagəlməz hallar ona görə baş verir ki, idarə etmənin pultu hələ də moşennklərin əllərindədir.
3. OBA adında ticarət dükanından razıyam və ona qarış narazılığım yoxdur.
4.Mən başqaları kimi Bakıya köçüb gəlməmişəm. Keçmiş ittifaq dönəmində təyinatla Bakıya göndərilmişəm. Hal hazırda təqaüdçü olmaqla yanaşı şikəstəm.Heç bir partiyanın da üzvü deyiləm.
Təkliflərim bunlardır:
1.0.35 manat məbləğində vətəndaşlara sırınan opilka-çörək bişirən müəssisənin və 0.5 kq çəkidə zərərli “camış qatığı” adında məhsulu satışa buraxan istehsal sahələri sahibkarlarının vaxtı uzatmadan məsuliyyətləri tələb edilsin.
2.Künc-bucaqlarda açılandükanlar alıcıya satdıqları ərzaq və sair məhsullar üçün çeklə fəalaiyyət göstərməsinə məcbur edilsinlər.
İctimai quruluşumuzda catışmazlıqlar təkcə bunlar deyil.İqtidar yönlü mətbuat qida məhsullarının keyfiyyətsizlyi üzrə daha ciddi nöqsanları tənqid etmək əvəzinə həqiqəti deyən ali dövlət məmurunu nəinki tənqid, hətta təhqirdən belə çəkinmir.Tənqid və təhqirlərə məruz qalan MM-in İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədovdur.Səviyyəsiz və ləyaqətsiz mətbuat əməkdaşının V.Əhmədovu“təxribata meyillənmək”,”hər şeyi qara rəngə boyamaq”(BAKIPOST.az) kimi qələmə alıb təsvir etməsini dövlət mətbuatının,idarəçiliyinin həqiqət qarşısında qeyri obyektiv mövqe tutmasıvə xəbislikdən əqli mülkünün ətrafındakılardan daha üstün olmasını görməməkkimi başa düşülür.
Quliyev Elxan Sarı o.