Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısı qəzəbə tuş gəlib!

                                                 

                                            

 

                            Şahin Məmmədovu ciddi problemlər gözləyir

 

     “Xeberinfo.com”: Ağcabədi rayonundakı korrupsiya faktları ilə bağlı ciddi tədbirlərin görülməsi gözlənilir. Bu barədə məlumat redaksiyamıza hüquq-mühafizə orqanlarından daxil olub. Məlumata görə, Ağcabədi rayonunun bir neçə sakininin rayondakı korrupsiya və rüşvətxorluq faktları ilə bağlı Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə ünvanlandaqları müraciər və ərizələri əsas götürən prokurorluq tərəfindən araşdırmalara başlanılıb. Məlumata görə, artıq Ağcabədi rayon prokurluğunda başladılan araşdırmaların Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində davam etdirilməsinə qərar verilib.

     Buna görə də, Ağcabədi rayonunda baş verən korrupsiya faktları ilə bağlı rayon prokurorluğunda başladılan araşdırma Baş Prokurorluğun qərarı ilə rayon prokurorluğundan alınaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilib. Prokurorluq orqanlarının vətəndaşların müraciətləri üzrə başlatdığı araşdırmaya Maliyyə Nazirliyinin Ağcabədi rayonunda apardığı yoxlamaların nəticələri də əlavə oluna bilər.

    Diqqətli oxucularımıza da məlumdur ki, biz həm “Yeni xəbər” qəzetində, həm də “xeberinfo.com” saytında Ağcabədi rayonunda korrupsiya şübhəsi doğuran əməliyyatlarla bağlı silsilə yazılar hazırlayırıq. Yazılarımızın həm ictimaiətə, həm də müəyyən orqanların marağına səbəb olacağı gözlənilən idi. Məlumatların ciddiliyini nəzərə alıb, Maliyyə Nazirliyi, Satınalmalar üzrə Dövlət Agenrliyi də daxil olmaqla 6 yüksək instansiyaya rəsmi sorğu da ünvanlamışdıq. Sorğumuzun hər birindən cavab aldıq. Ümumiləşdirsək cavablarda qeyd edilirdi ki, yazılarımızda göstərilən faktlarla bağlı həm Maliyyə Nazirliyinin, həm lazımı orqanların müvafiq yoxlaması aparılacaq. Görünən odur ki, proses bu istiqamətdə də gedir.

    Qeyd edək ki, Maliyyə Nazirliyinin əmkdaşı Rüfət Mehdixanlının rəhbərlik etdiyi yoxlama birqadasının bir neçə ay ərzində Ağcabədidə apardığı yoxlamalar zamanı üzə çıxan bəzi məlumatların prokurprluq orqanlarının diqqətini cəlb edə biləcəyi ilə bağlı da məlumat almışıq. Hətta bir məlumata görə, Maliyyə Nazirliyinin yoxlama briqadasının yekun rəyi də prokurorluğa göndəriləcək. Yoxlamaların nəticələri ilə bağlı məlumat almaq üçün əməkdaşımız Rüfət Mehdixanlı ilə də telefon əlaqəsi saxlayıb. Rüfət Mehdixanlı bildirib ki, hazırda ona başqa iş həvalə olunduğundan Ağcabədi rayonundakı yoxlamaları nazirliyin başqa əməkdaşları davam etdirir. Buna görə də konkret məlumat verə bilməyəcəyini bildirən Rüfət Mehdixanlı yekun rəyin yaxın günlərdə hazır ola biləcəyini də istisna etməyib.

Prokurorluq orqanlarının və Maliyyə Nazirliyinin Aağcabədi rayonundakı korrupsiya faktları ilə bağlı həssaslıq nümayiş etdirməsinin səbəbini öyrənmək üçün uzun illər hüquq-mühafizə orqanlarında işləmiş ekspertə müraciət etdik. Adının çəkilməsini istəməyən ekspertin sözlərinə görə, dövlət orqanlarının Ağcabədi rayonundakı korrupsiya faktları ilə bağlı həssaslıq nümayiş etdirməsinə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun sərvəti ilə bağlı yayılan məlumatlar səbəb ola bilər. Mediada yayılan həmin məlumatlar icra başçısı Şahin Məmmədovun külli miqdarda sərvət topladığından xəbər verir. Belə ki, Ağcabədi rayon icra başçısının mülklərinin siyahsına aşağıdakılar daxildir: “Ağcabədi rayon Mərkəzi Xəstəxanası ətrafında, həmçinin Müəllimlər İnstitunun rayon filialının qarşısındakı küçədə böyük mağazalar, həmin ərazidə maşınyuma sexi, çayxana, Ənnağı Bünyatov küçəsində böyük mebel mağazaları, maşınyuma sexi, avtomobil təmir bazası, rayonun Subartezan Quyularının İstismar İdarəsinin həyətindəki lepka sexi, Alman qəsəbəsi deyilən ərazinin yerində beton zavodu, aqlay sexi, Qarqar çayının yatağında daş, qum, çınqıl karxanası, doğulduğu Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfat, Bərdə şəhəri çay qırağı ərazisndə bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villalar, Nizami rayonu ərazisində 2 mağaza, Yasamal rayon Nərimanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş 3 mənzil, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarında özünə, həmçinin qardaşlarına məxsus imarətlər, “vosmoy” kilometr deyilən ərazidə 2 avtomobil sexi, “Lider” televiziyasının arxasındakı binalarda isə 4 mənzillə yanaşı xaricdə, Almaniyanın Münhen və Köln şəhərlərində, İstanbulun ən bahalı əraziləri olan Beşiktaş və Başakşəhərdə bina evi və villa”.

Ekspertin fikirincə Ağcabədi rayunundakı korrupsiya faktları ilə bağlı araşdırmaların başlamasının əsas səbəblərinən biri də icra başçısnın Almaniya və Türkiyədə mülklərə sahib olması haqqında məlumat ola bilər. Ekspert bildirir ki, bu məlumat təsdiqini tapsa icra başçısını ciddi problemlər gözləyəcək. Çünki, icra başçılaraına xaricdə mülk və əmlak almaq qadağan edilib. Şahin Məmmədovun Almaniya və Türkiyədə mülklərə sahib olması haqqında məlumat öz təsdiqini tapsa, icra başçısının bu qadağanı pozduğu məlum olacaq. Bundan sonra Şahin Məmmədo həqiqətən çox ciddi problemlərlə üzləşəcək.

    Bütün bu məlumatlara bağlı Ağcabədi rayon ucra hakimiyyətinin başçısı Şahin Məmmədovun mövqeyini öyrənmək üçün, icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən başçının xaricdə olduğunu bildirdilər. Şahin Məmmədov ölkəyə qayıtdıqdan sonra mövqe bildirmək istəsə, biz onu dinləməyə hazırıq.

 

      Mövzu diqətimizdədir.

 

 

      Əli   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam