Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Ağcabədidə ata-oğulun “yol təmiri biznesi”: ÖZƏL

                              

“Ağcabədi rayon Fərid” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti araşdırılmalıdır

Xeberinfo.com:   Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir qrup yüksək vəzifəli rəsmisinin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda belə deyilirdi: “İstintaqla müəyyən edilib ki, dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israfetmə yolu ilə talanması məqsədi ilə rollar bölüşdürülməklə qeyd olunan qurum və şirkətlərin ayrı-ayrı vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi təşkil olunaraq büdcə vəsaitlərinin talanması istiqamətində çoxsaylı korrupsiya sxemləri həyata keçirilib.  Korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələrin yaxın qohumlarının adına rəsmiləşdirilməklə, faktiki özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinin rəsmiləşdirilməsi barədə saxta sənədlərin tərtib olunması, görülən xidmətlərin dəyərinin dəfələrlə şişirdilməsi, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi və sair yollarla külli miqdarda dövlət əmlakını mənimsəmə və israfetmələri aşkar edilib”.

 Ağcabədi rayonundan xeberinfo.com-a daxil olan məlumatda isə qeyd edilir ki, tamamilə oxşar hallar bu rayonda baş verməsinə və rayon sakinlərinin bununla bağlı şikayətlərinə rəsmi qurumlar, eləcə də Baş Prokurorluq heç bir reaksiya vermir. Belə ki, RYTN-də vəzifəli şəxslər tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələrin yaxın qohumlarının adına rəsmiləşdirilməklə faktiki özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsini korrupsiya şəbəkəsi hesab edən Baş Prokurorluq Ağcabədi rayonunda baş verən eyni hala heç bir reaksiya vermir. Söhbət Ağcabədi rayonunda böyük pulların ayrıldığı sahə-yolların təmiri “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Bahadur oğlu Cəfərovun doğma oğlu Fuad Vidadi oğlu Cəfərovun rəhbərlik etdiyi “Ağcabədi rayon Fərid” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilir. İndi Ağcabədi rayon sakinləri burada korrupsiya faktı ilə bağlı şübhələrin yaranması üçün əsaslarının olub-olmadığını sual edirlər. Rayondakı mənbəmiz bu istiqamətdə redaksiyamıza müəyyən məlumatlar da verib…

 Qarşıdakı günlərdə ata-oğul Cəfərovların “yol təmiri biznesi” ilə bağlı geniş araşdırma aparmağa çalışacağıq.

 

 

Əli  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam