Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Respublika Olimpiya İdman Liseyində nə baş verir?: Azad Rəhimovun bunları bilməsi vacibdir

Büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı daha bir fakt: ÖZƏL

 

Maliyyə Nazirliyi ilə Gənclər və İdman Nazirliyi bir-birini təkzib edir

 

Xeberinfo.com: Ötən ayın əvvəlində Respublika Olimpiya İdman Liseyində baş verən maliyyə əməliyyatları ilə bağlı yazdıqlarımız gözlənilən rezonansı doğurdu: Həm oxucu kütləsi arasında, həm də aidiyyatı dövlət strukturlarında. Xatırladım ki, Büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı daha bir fakt” başlıqlı yazıda Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya İdman Liseyində müxtəlif adlarla dövlət vəsaitinin mənimsənilməsindən bəhs etmışdik:   Məlumata görə, Qəbələ rayon Vəndam kənd sakini Rəfail Səlimovun iki şirkəti, “Texas” və “Fauna-S” Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) ilə aparılan maliyyə əməliyyatları “obnaliçka” xarakterli olub. Maliyyə Nazirliyinin əməkdaşları Qəbələ rayon Vəndam kəndində hüquqi qeydiyyatda olan “Texas” MMC-nin və “Fauna-S” MMC-nin Respublika Olimpiya İdman Liseyinə müxtəlif mallar, ö cümlədəm maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat mallarının alınması, eləcə də cari təmir işləri üzrə bağlanan müqavilələr “obnaliçka” əməliyyatlarını ört-basdır etməkdən ötrü formal xarakter daşıyır.

 “Texas” və “Fauna-S” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin “obnaliçka” əməliyyatları üçün seçilməsi də təsüdüfi deyil. Belə ki, bu iki şirkətin rəhbəri Rəfail Səlimovun Respublika Olimpiya İdman Liseyinin rəhbərliyində təmsil olunan şəxslərlə, o cümlədən də Liseyin direktoru Rasim Muradovla çox isti müanasibəti var. Məhz bu isti münasibətlərdən istifadə olunaraq 250 min manatdan artıq büdcə vəsaiti Rəfail Səlimovun şirkətləri vasitəsilə “obnaliçka” olunub.

 Xeberinfo.com- a daxil olan başqa bir məlumatda isə Respublika Olimpiya İdman Liseyinin ştat cədvəlində “ölü canlar”ın olmasından bəhs olunur. Məhz bu “ölü canlar”ın saxlanılması dövlət büdcəsinə hər il onmin manatlara başa gəlir. Məlumata görə, Liseyin direktoru Rasim Muradov Maliyyə Nazirliyinin bu məlumatlarla bağlı təkrar araşdırma aparacağından narahatdır.

Biz mövzunun aktuallığını nəzərə alıb bu faktların araşdırılması məqsədi ilə həm Gənclər və İdman naziri Azad Rəhimova, həm də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifova məktub ünvanladıq. Hər iki tərəfdən məktubumuza cavab aldıq. Amma, ... tam fərqli, bir-birinin əksinə. Gənclər və İdman Nazirliyindən Elm və Təhsil Şöbəsinin müdiri Vüqar Əhmədovun imzası ilə aldığımız cavabda yazılır: Araşdırma zamanı məktubunuza əlavə edilmiş yazıdakı adları çəkilən Məhdud Məsuliyyətli Cəmiyyətlərlə Respublika Olimpiya İdman Liseyi arasında müqavilələrin mövcudluğu aşkar edilmişdir.

Lakin bu əqdlərin icrası zamanı mövcud qanunvericiliyin pozulmaması, göstərilən faktların öz təsdiqini tapmaması və qeyd edilən xüsusatların həqiqəti əks etdirməməsi müəyyən edilmişdir.

Çox gözəl, indi görün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən rəis müavini Nizami Məcidovun imzası ilə aldığımız məktubda nə yazılır: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədi ilə 2014-ci il üçün təsdiq edilmiş iş planına uyğun olaraq   Gənclər və idman Nazirliyinin Respublika Olimpiya İdman Liseyinə 2011-ci il may ayından 2014-ci ilin sentyabr ayına kimi olan dövrdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmışdır.

Yoxlama ilə büdcə vəsaitlərinin xərclənməsində bir sıra nöqsan və çatışmamazlıqlara yol verildiyi aşkar olunmuş və həmin nöqsanların aradan qaldırılması, artıq və əsassız ödənilmiş vəsaitlərin mövcud qanunvericiliyə uyğun olaraq tam bərpa edilməsi, gələcəkdə belə nöqsanların təkrarına yol verilməməsi məqsədi ilə tədbirlərin görülməsi üçün Təhsil Nazirliyinə məktub göndərlimişdir.

  

Belə məlum olur ki, xeberinfo.com-un yazdıqları heç də əsassız deyilmiş. Bxamayaraq ki, liseyin direktoru Rasim Muradov fəaliyyətində zərrə qədər də olsun ki, nöqsanın olmadığını iddia edir.

Mövzunun davamı olacaq.

 

Azad


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam