Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azad Rəhimova daha sərt zərbə

Hakimiyyətdən Azad Rəhimova daha sərt zərbə

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rayon və şəhər şöbələri ləğv edilə bilər. Onların əvəzində regional idarələr yaradılacaq 

 

Xeberinfo.com:   Bu barədə qaynar.info-ya hökumətə yaxın mənbələrdən məlum olub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi 1994-cü ildə yaradılıb. Nazirliyin ölkənin bütün şəhər və rayonlarında idarə və şöbələri fəaliyyət göstərir.

Son vaxtlar hökumətdə aparılan struktur islahatları çərçivəsində həmin idarə və şöbələrin ləğvi, əvəzində isə regional idarələrin yaradılması qərarlaşdırılıb. Bu həm dövlət büdcəsi xərclərinə qənaət etmək, həm də effektiv fəaliyyət göstərmək məqsədi daşıyır.

Əgər bu iddia gerçəkləşərsə, bu, gənclər və idman naziri Azad Rəhimovun səlahiyyətlərinin daha da azalması anlamına gələcək. Belə ki, bundan əvvəl mərc oyunlarına nəzarət A.Rəhimovun əlindən çıxıb. Bu funksiya yeni yaradılmış “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilib. Belə ki, "Bədən tərbiyəsi və idman haqqında" qanuna idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərə görə, “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilib. Digər dəyişikliyə əsasən isə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir.

Bununla da gənclər və idman naziri həm önəmli səlahiyyətlərindən birini, həm də kifayət qədər böyük həcmli maliyyə axını üzərində nəzarəti itirib.

Əgər GİN-in şəhər və rayonlardakı idarə və şöbələri də ləğv edilərsə, bu Azad Rəhimova növbəti ağır zərbə olacaq, onun tədricən “formal nazirə” çevrildiyini söyləməyə əsas yaradacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam