Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nəsimi məhkəməsinin  “bazar qətnamələri” -Hakim Vüsalə Musayeva BAYRAM GÜNÜ GECƏ AZALA-a QƏTNAMƏ BAĞIŞLAYIB

Nəsimi bazarı, eləcə də digər bazar-ticarət obyektləri gecə işləmir, amma məhkəmə gecə mülki iş üzrə qətnamə çıxarır?

Bu iddia Qazi-jurnalist Məğrur Bədəlsoyun Yenixeber.org-a ünvanladığı müraciətdə yer alır: Məhkəmənin dövlətin ayrıca hakimiyyət qolu olması heç kimə gizlin olmaz yəqin. Di gəl, deyəsən, bir çox məhkəmələr, hakimlər özlərinin hakimiyyət daşıyıcıları olduqlarını unudublar. Unutqanlıq o həddə çatıb ki, yüksək məhkəmə  kürsüsü bazar piştaxtası ilə dəyişik salınır.

Nəsimi məhkəməsinin (h. Ramin Xəlilov) AZAL-a qarşı beynəlxalq hava daşımaçılığı qaydalarını pozmasından dəyən ziyanın ödənilməsi haqqında işdə  MPM-in 269-cu maddəsinə “düzəlişi”ni (qərardaddan ELEKTRON KABİNETDƏN (?-kabinetdən rayon məhkəməsinə kassasiya şikayəti mümkünsüzdür) rayon məhkəməsinə şikayət yox, KASSASİYA ŞİKAYƏTİ verilə bilər”) Bakı Apellyasiya Məhkəməsinin (s/e Azad İmanov, Fuad Talışinski  b.)  qüvvədə saxlamasından keçən 7 ayda düzəliş”ə uyğun kassasiya şikayəti Ali Məhkəməyə göndərilməyib. Prosessual hərəkətlərin edilməsini tələb edəndə isə artıq düzəliş yiyəsi Ramin Xəlilovun AZAL-a rüşvət xidməti apellyasiya instansiyasına təyinatla sonuclandığından  iddiaçı Qarabağ qazisinə qarşı qeyri-prosessual özbaşınalıqda ad çıxaran Vüsalə Musayevanın hakimliyinə verilib. Yenə   etirazına baxılıb,  verdiyi vəsatətlərə,   düzəliş”ə uyğun kassasiya şikayətinə.

Vüsalə Musayeva 04.02.2026-cı ildə  GECƏ yekun akt- QƏTNAMƏ çıxarıb. (?- vaxtından kənar mülki akt çıxarılması qeyri-prosessual özbaşınalıqdan özgə cür qiymətləndirilə bilməz) Məhkəmə Hüquq Şurasının (MHŞ), hüquq mühafizə orqanlarının bilə-bilə ədalətsiz akt çıxarılması qeyri-prosessuallığına reaksiyasını gözləyən qazi 8 mart bayram günündə Vüsalə Musayevanın AZAL-a “BAYRAM HƏDİYYƏSİ” -QƏTNAMƏSİ məlumatını alıb. Heç demə Nəsimi məhkəməsi qeyri-iş günü ŞƏNBƏ GÜNÜ-7 MART 2026-cı ildə GECƏ çıxardığı qətnaməni 8 MARTda elektron kabinetdə (04.02.2026 tarixinə) yerləşdirib. (?) Bunun necə ola bildiyini düşünməyə belə dəyməz, məhkəmələrin elektron kabinetə qanunsuz müdaxilələri MHŞ nəinki qiymət verir, əksinə, özü şərait yaradır. 

İlgincdir, Nəsimi bazarı, eləcə  digər bazar-ticarət obyektləri gecə işləmir, amma məhkəmə gecə mülki  üzrə qətnamə çıxarır? Vüsalə Musayevanın qeyri-prosessual özbaşınalığı bir il qabaq 10.03.2025-ci ildə  MÜŞAVİRƏ OTAĞINA GEDİB, 1 İLDİR QAYITMAMASINDA, əksinə, MÜŞAVİRƏ OTAĞINDA(N) YENİ İCLAS TƏYİN ETMƏSİNDƏ tam çılpaqlığı ilə üzə çıxsa da, məhkəmə sədri İlqar Qaralov kənardan sifarişlə işləri qeyri-iş günlərində- şənbə-bazarda qeyri-prosessual bazar qaydaları ilə həll etməyi bu hakimə tapşırır.

Gecə yarısı, qeyri-iş vaxtı çıxarılan  mülki məhkəmə akt(lar)ının qüvvəsi ola bilərmi? Konstitusiya  yox, korrupsiya deyir. Bəs Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ? Komissiyaya Nəsimi məhkəməsinin bazar korrupsiyasından onlayn şikayət qəbul edilib 

Qarşı tərəfin cavab haqqını tanıyırıq.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam