Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Putin haradadır? Üç oxşar ofis... -Kreml onun yerini belə gizlədir

news content

2020-ci il oktyabrın 11-də Rusiya dövlət televiziyasının jurnalisti prezident Vladimir Putinlə müsahibəsindən hissələri təqdim edirdi. Kadrda Putin kabinetinə girərkən qapının cəftəsinə əl atır. Ekranın bir küncündə Novo-Oqaryovo yazılsa da, bu kadrlar heç də orada çəkilməyibmiş.

Yenixeber.org: Bu araşdırmamızla üzə çıxıb.

Həmin kadr 1500 km cənubda, Qara dəniz sahilindəki Soçidəki Boçarov Ruçey dövlət iqamətgahındakı oxşar ofisdə lentə alınıb.

AzadlıqRadiosunun "Sistema" rusdilli araşdırma layihəsi Putinin Novo-Oqaryovodakı ofisinə eynilə oxşar daha iki ofisin olduğunu öyrənib: biri Soçidə, digəri təxminən Moskva ilə Sankt-Peterburq arasındakı Valdayda. Yəni son illər Kreml prezidentin yeri barədə bir yox, yüz dəfələrlə yalan danışıb.

Novo-Oqaryovoda keçirildiyi bildirilən görüşlər əksər hallarda Soçi, yaxud Valdayda lentə alınıbmış. 2022-ci ildə Ukraynanın tammiqyaslı işğalı başlayandan Putin göl mənzərəli, meşəlikdə yerləşən sonuncuya üstünlük verir.

Heç görüşlərin keçirildiyi vaxt da düzgün açıqlanmayıb. "Sistema" avqustda üzə çıxarıb ki, aprel, yaxud mayda keçirildiyi bildirilən azı beş Kreml görüşü aylar öncə lentə alınıb.

"Sistema" üç oxşar ofislə bağlı araşdırmanı Putin administrasiyasının yaydığı 700-dək videoya diqqətlə baxmaqla aparıb. Sosial media postları, səyahətlərdən sızdırılan kadrlar da öyrənilib.

                  Detallar

Novo-Oqaryovo ofisində Putinin masasının yaxınlığındakı qapının cəftəsi divar panellərini ayıran xətdən bir qədər aşağıda yerləşir. Bu fakt otağın görüntülərindən və fotolarından, oradakı parket döşəməsini quraşdıran şirkətin şəkillərindən də aydın görünür.

Məkan fərqlərini göstərən digər detallar sırasında Putinin qalstukunun naxışları, televizor stendinin forması, stolüstü səthin rəngi və masadakı taxta sənəd qabının toxuması da var.

Daha bir detal –müsahibəni götürmüş jurnalist Sergey Brilyov müsahibənin dövlət televiziyasında yayımlandığı gün – avqustun 27-də Soçidən Moskvaya uçub.

"Sistema"nın gördüyü, VGTRK-dan sızdırılmış e-mail-də dövlət televiziyasının prodüseri həmkarından həmin vaxt tanınmış jurnalist Pavel Zarubin və digər televiziya heyəti üçün Soçiyə səfər təşkil etməyi xahiş edib. Zarubin dəfələrlə Soçiyə səfər edərək Kremlin Novo-Oqaryovoda çəkildiyini bildirdiyi kadrları gətirib.

Kremlin rəhbərləri Boçarov Ruçeydən əvvəllər də çox istifadə edib – 1953-64-cü illərdə sovet lideri Nikita Xruşov, sonradan Leonid Brejnev. 1950-ci illərdə tikilmiş bina sonradan sökülüb, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından öncə onun yerində yeni bina tikilib.

Olimpiya Oyunlarının açılış mərasimindən az sonra çəkilmiş kadrlarda Rusiya mədəniyyət xadimlərinin, eləcə də Putinin və 2004-cü il Olimpiya çempionu, bədii gimnast Alina Kabayevanın qatıldığı bir qəbul göstərilir. Kabayeva uzun illərdir Putinin partnyoru, onun ən azı iki övladının anası kimi tanınır.

                      Valday favoritdir

Son illər Putin getdikcə daha çox Valday iqamətgahına üstünlük verir. Ukraynada təcavüzkar müharibə başlayandan bir il sonra, 2023-cü ilin fevralından o, Boçarov Ruçeydə, demək olar, görünməyib.

Kremlin videomaterialları, "Sistema"nın araşdırdığı digər mənbələr göstərir ki, 2025-ci ildə Novo-Oqaryovoda çəkildiyi deyilən görüşlərin, demək olar, hamısı əslində Valdayda baş tutub.

Valdaydakı dövlət iqamətgahı 2016-cı ildə meşəlikdəki tennis kortunun yerində tikilib. Bu işi Novo-Oqaryovo və Boçarov Ruçeydəki təmir işlərini aparan eyni şirkət görüb.

Kremlin məlumatına görə, iki fotoşəkil eyni ofisdə, eyni gündə, 2024-cü il iyulun 12-də çəkilib. Lakin daxili detallar onların iki fərqli məkanda çəkildiyini göstərir.

Boçarov Ruçeydə olduğu kimi, Putinin oturduğu kreslonun arxasındakı divarın xətti də həmin görüntülərin Novo-Oqaryovoda çəkilmədiyinə dəlalət edir. Valdayı digər iki ofisdən fərqləndirən başqa bir detal divar panelinin ortasındakı istilik tənzimləyicisinin açarıdır. Putinin masasındakı taxta sənəd qabının toxuması da fərqlidir.

"Sistema" müəyyən edib ki, Valdayda 2018-ci ilin martında - Sibirin Kemerovo şəhərindəki ticarət mərkəzində yanğından üç gün sonra hökumət iclası keçirilib. Həmin yanğın əksəriyyəti uşaqlar olmaqla azı 60 nəfərin həyatına son qoymuşdu. Bu hadisə Putinin dördüncü prezidentlik müddətini təmin etdikdən bir həftə sonra baş verib. Kreml həmin görüşün guya Novo-Oqaryovoda keçirildiyini bildirib.

2022-ci il fevralın 24-dən aprelin 12-dək Putin Valday ofisində və ya oradan ən azı 12 görüş keçirib. Həmin dövrdə Rusiya qüvvələri Kiyevə doğru irəliləyib, sonradan geri çəkilib və uzunmüddətli müharibə başlayıb.

Bu ilin yanvarından sentyabrın sonunadək Putinin ofisdə keçirdiyi 30 çıxışdan yalnız biri Valdaydan başqa yerdə lentə alınıb. Bunu da kadrların və digər sübutların təhlili göstərib. Son illər Valdaydakı istilik tənzimləyicisinin yeri dəyişdirilib, Novo-Oqaryovo və Soçidəki ofislərin planına uyğunlaşdırılıb.

Putinin Valdaydakı iqamətgahında hava hücumundan müdafiə sistemi quraşdırılıb.

                         Təcrid və təhlükəsizlik

Rusiya avtoritarizmi və bürokratiyası üzrə ixtisaslaşmış sosioloq Konstantin Qaazenin deyir ki, Putinin Valdayı seçməsinin sadə izahı var: "Bu, təbii ki, təhlükəsizlik məsələsidir". Axı Ukrayna Rusiya ərazisindəki enerji və hərbi obyektlərə dron və raket hücumlarını gücləndirib.

Onun sözlərinə görə, Boçarov Ruçey Soçidə yüksək və açıq ərazidə yerləşdiyindən nisbətən müdafiəsizdir. Novo-Oqaryovonun yerləşdiyi Moskva ətrafındakı elit rayonda isə iri müdafiə qurğuları quraşdırılıb. Valday iqamətgahı isə daha çox təcrid olunub. AzadlıqRadiosunun rus xidməti avqustda orada ətraf ərazilərdə 12 hava hücumundan müdafiə sisteminin, əsasən "Pantsir-S1" raket komplekslərinin yerləşdirildiyini xəbər verib.

Putinin sözçüsü Dmitri Peskov "Sistema"nın bu araşdırmanın dərcindən öncə göndərdiyi sualları oxuyub, amma cavab verməyib. VGTRK-nın mətbuat xidməti də jurnalistlərin sorğularını şərh etməyib.

2020-ci ildə "Proyekt" rusdilli media nəşri ilk dəfə Putinin Novo-Oqaryovo və Boçarov Ruçeydə bir-birinə çox bənzər iki ofisi olduğunu yazmışdı. O zaman Peskov bu məlumatı təkzib edib.

Putinin administrasiyası isə yüzlərlə görüşün keçirildiyi məkanlar barədə ölkə ictimaiyyətinə yanlış məlumat verildiyinə dair sübutlara münasibət bildirməyib. 

Azadlıq Radiosu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam