Kassasiya instansiyasında yazılı icraatda 3-cü şəxslər işə cəlb edilib (?) -Vüsalə Baxışova, Zaur Əliyev, Zəki Babayev “ali üçlüyü”nün öz məcəlləsi var?

Kommunal xidmət qurumlarının istehlakçı hüquqlarını pozmasına məhkəmə qaydasında qiymət verilməli olması “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbidir. Di gəl, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı verilən iddialara qanunvericiliyin tələbinə uyğun baxılmır, heç 30 ildir- 19.09.1995-ci ildən qüvvədə olan bu qanun yada da düşmür. Əvəzində qeyri-prosessual özbaşınalıq qüvvəyə mindirilir.
Yenixeber.org: 35 il qabaq Sabunçu r-nu, Ləiş bağlarında icarəyə bağ sahəsi götürən Bakı sakini Qarabağ savaşına qatıldığından, ona ayrılan sahəyə nə su, nə qaz, nə işıq çəkdirə bilib. Başı savaşda Vətənin, savaşdan sonra yerli və dış hospitallarda sağlamlığının müdafiəsinə qarışan 1-ci dərəcəli Qarabağ qazisi ortalıq 10 il qabaq DİN-in yardımı ilə bağı hasarlayıb, dəmir qapı qoydurub. Kommunal xidmətlərlə təmin olunması üçün işıq, qaz, su xidmətlərinə müraciət edən qaziyə yalnız “Azərişıq” “hə” deyib, 03.04.2017-ci il tarixli texniki şərt verib. Lakin bu şərtin icrası artıq 8 il 7 aydır gerçəkləşmir. İşıq xidməti Konstitusiyanın 73-cü maddəsinə zidd olaraq qanunsuz ödənişi ödəməyə hesab nömrəsi, qəbz vermədən 201,72 manatı nağd qaydada tələb edib, özünün verdiyi şərti icra etməkdən imtina edir. İstehlakçı hüquqlarını qorumağa təhkim edilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə əlil-istehlakçənın məhkəməyə müraciət etməsini məsləhət bilir. Di gəl, xidmət qurumu məhkəməyə müraciətə də məhkəmələrlə qeyri-prosessual münasibətə girməklə qadağa qoyub. 8 ildir əlkl-istehlakçının iddiaları it-bata salınır, işə mahiyyəti üzrə baxılmasına yol verilmir.
Sabunçu məhkəməsi (h. Adilə Paşayeva) 2 il qabaq məcburiyyət qarşısında şəxsi kabinetdən verilən iddianı icraata götürüb və … cavabdehin sifarişi ilə xitam verib ki, işə məhkəmədə baxılmalı deyil. Apellyasiya şikayətini Günay Axundovanın sədri olduğu Fuad Babayev və Cəmilə Musayevadan ibarət heyət təmin etməyib. Kassasiya şikayəti verməyə ərizəyə isə işə aidliyi olmayan ayrı üçlük- Fuad Abdıyev (s/e), Fərrux Qasımov, Anar Tanrıverdiyev “baxıb” və vəkillə təminatdan imtina edib. 2 ildən çoxdur bu qeyri-prosessuallığa Məhkəmə Hüquq Şurası qiymət vermir.
Əlil qazi Nəsimi məhkəməsində iddia qaldırmaq zorunda qalanda hakim Vüsalə Musayevanın 10.03.2025-ci il tarixli hələ də elan olunmayan qanunsuz qətnaməsi ilə üzləşib. Qeyri-prosessual özbaşınalığa baxın, hakim müşavirə otağına gedib, qərarını elan etmək yerinə, müşavirə otağında yeni iclas təyin edib!(??) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (s/e Vahid Sadıqov, Xumar Mərdanova, Sabit Bəhrəmzadə) nə şikayətin dəlillərinə baxıb, nə bu qeyri-prosessuallığa qiymət verib, özbaşınalığı qüvvədə saxlayıb. Əlbəttə, Qarabağ qazisini məhkəməyə müraciət etdiyinə görə 400 manat cərimə edən “troyka”dan başqa nə gözləmək olar ki?! MHŞ nə bu cərimə dələduzluğuna, nə işin “təsadüfən” eyni qərəz heyətinə verilməsinə qiymət verir, nə də qeyri-prosessual müşavirə otağından iclas təyin edilməsinin qüvvəyə mindirilməsinə.
Gözləmək olardı ki, kassasiya instansiyası Ali Məhkəmə adına açıq özbaşınalığa qiymət verməkdə çətinlik çəkməz. Amma ali instansiya (s/e Vüsalə Baxışova, Zaur Əliyev, Zəka Babayev) elə “ali özbaşınalıq” edib ki, əlavə kassasiya qaydasında da düzəltmək mümkün deyil. Nədən əlavə kassasiya şikayətinin mümkünlüyünə baxmağa təyin olunan hakimlər “bir-birinin ayranına turş demirlər”. Bəlkə Konstitusiya Məhkəməsi qiymət verər, onun da şikayətləri Konstitusiyaya zidd olaraq gizlətməsi faktları “bəlkənin əkilib bitməyəcəyini” deməyə əsas verir. Qeyri-prosessuallığa baxın, qanunvericiliyin tələbinə görə, KASSASİYA İNSTANSİYASI İŞİN FAKTİKİ HALLARINI ARAŞDIRMIR, amma Vüsalə Baxışova, Zaur Əliyev, Zəka Babayev üçlüyü aşağı instansiyanın müəyyən etdiyi saxta halları “araşdırıb” olduğu kimi köçürməklə yetərlənməyib, hətta kassasiya icraatına, özü də yazılı icraata 3-CÜ ŞƏXSLƏRİ (ENERGETİKA NAZİRLİYİ və ENERJİ MƏSƏLƏLƏRİNİ TƏNZİMLƏMƏ AGENTLİYİ) cəlb edib.(??) Belə çıxır, Ali Məhkəmə özünü ən aşağı-birinci instansiya məhkəməsi kimi aparıb. Axı kassasiya baxışında işə 3-cü şəxslərin, əlavə iştirakçıların cəlb edilməsi prosessual qanunvericilkdə yazılmayıb! Özü də iddiaçı Qarabağ qazisinin Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də 3 -cü şəxs kimi işə cəlb edilməsi haqqında vəsatətinə heç baxılmayıb. Niyə? Qeyri-prosessual məcəllə tətbiq olunursa, onda Antiinhisar agentliyi də cəlb olunmalı deyilmi?
Bir aydan çoxdur MHŞ bu qeyri-prosessuallığa qiymət vermir. Bu arada xidmətdən imtinada “ikiqat stajlı” “Azəriqaz”ın 17 ildir xidmətdən imtinasına nə Nizami məhkəməsi (h. Qumru Əliyeva, iddiaçı Qarabağ qazisini kommersant hakimə (VÖEN 1400028632) etirazına görə 300 manat cərimə edib), nə Bakı AM-in MK-sı (qaziyə “təsadüfən” əbədi ayrılmış Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadədən ibarət 400 manatlıq cərimə “troykası”) qiymət verib. Hər 2 instansiya istehlakçı hüququnun müdafiəsi haqqında işin kommersiya məhkəməsinə aid olduğunu (?) aktlaşdırıb. İcraatın 1 ildir itirilməsindən şikayətlərə cavab olaraq iş kassasiya instansiyasına göndərilib və yenə də “təsadüfən” eyni heyətə- Zaur Əliyev, Zəka Babayev, Vüsalə Baxışovanın “baxışına” verildiyindən ali heyətə etiraz edilib. Etiraza baxılmadan şikayət təmin olunmayıb.
Bu da ali qaydada əlil-istehlakçı hüququnun “müdafiəsi”. Xidmətdən imtina xidmət qurumunun müstəsna hüququ kimi sırınır. Mülki məhkəmə icraatının əsas vəzifəsi isə hər kəsin qanuni mənafelərinin məhkəmədə təsdiqindən ibarətdir. Amma bu MPM-in tələbidir, məhkəmələrin özlərininsə qeyri-prosessual məcəllələri var…
Məğrur Bədəlsoy

AZ
RU