Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Daxili işlər nazirinə “utancaq” müraciət -"Daha utanıram qəbulunuza gəlim"

vilayet-eyvazov-vetendas-qebulu-kecirdi

Daha utanıram qəbulunuza gəlim, ona görə qısaca problemi publik  işıqlandırıram. (Nə qədər elektron qaydada, kağız daşıyıcıda yazmaq olar, oxunur, baxılmır).

Bu sətirlər jurnalist, DİN-in 1-ci dərəcəli Qarabağ qazisi Məğrur Bədəlsoyun Yenixeber.org-a ünvanladığı yazıda yer alır...

Bu gün sayğılı nazirimizin Kürdəmirdəki qəbuluna yazılsam da, utandığımdan getmədim. (Gerçəkdə DİN rəhbərinin qəbul vaxtını və yerini bilmək yetər, həmin gün, vaxt çatmasa, hətta növbəti gün də qəbul üçün gələnlərin hamısı dinlənilir.) Niyə utanıram? Qəbulunda olanda  nazirim ağzımı “pensiya, təminatla” açan kimi, çözəcəyini bildirir, uyğun göstərişlər verir, di gəl, son xidmət yerim DİN DQBİ və MPİ qulaqardına vurur. Birinci yol nazirin qəbulunda 2014-cü ilin 16 iyununda olmuşam. Xidmət ilimin ilk zabit rütbəsinin verildiyi 1978-ci ildən hesablanmalı olduğunu qəbulda ayaqüstə iştiraka çağırılan MPİ rəisi (Səxavətdin Abdullayev) və DQBİ əməkdaşının diqqətinə çatdıran DİN başçısı elə əsəbiləşmişdi ki, bu zavallılara yazığım gəldi, suçumu” boynuma götürdüm. Sonuc bu oldu ki, bir də 10 il sonra eyni problemlə qəbul hüququmdan yararlanmağa məcbur oldum. Daha düzü, onillik qəbul həsrətimə sayğılı nazirim 2024-cü ilin fevralında son qoydu və yenə də ağzımı açan kimi pensiya, təminatımı düz hesabladacağını dedi. 2025-ci ildə 2 (!) dəfə qəbulda oldum, bu yol ağzımın açılmasına belə imkan vermədən müavinin problemi çözəcəyini dedi. Sonuc? Müavin MPİ- istinadla qanunsuzluğa “iddianın mümkün sayılmaması”, yəni işə mahiyyəti üzrə baxılmasına DİN-in VKRH rəhbərliyində (intizam komissiyasının üzvü Əlirza Həbilov , aparat rəhbəri Orxan Babayev) təmsil olunan NÜMAYƏNDƏLƏRİnin(?-nümayəndə qurumun işçilərindən ayrılır- M.B.) yol verməsi ilə qiymət verildiyini dedi.(?) Heç demə, VKRH-nın vəzifəli şəxsləri Əlirza Həbilov, Orxan Babayev DİN-in də işçiləridir!(?) Bütün məhkəmə qərardadlarında bu şəxslərin statusu DİN-in VƏKİLİ və NÜMAYƏNDƏSİ kimi vurğulanıb. Belə ikili standart, “bir əldə iki qarpız tutmaq” qeyri-prosessuallığı hələ də sürür. Düzdür, İPM-in 31.1-ci maddəsində proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ təsbit olunub, amma heç bir dövlət orqanının, özəlliklə, istintaq, ittiham orqanı olan DİN-in sıradan vətəndaşa, özünün 1-ci dərəcəli Qarabağ əlilinə qarşı VKRH rəhbərliyini, heç sıradan vəkili də vəkil, müdafiəçi etmək hüququ yoxdur və bu absurddur. 107 yaşlı DİN-ə, ölkənin baş hüquq mühafizə orqanına DÖVLƏT hesabına, DİN-in hesabına paykovoy” vəkil hüquqi yardım göstərir? Hanı vəkillə dövlət (orqanı) arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə? Yoxdur və ola da bilməz! Elə bu “yoxluğun” yerini DİN-in həm VƏKİLİ , həmNÜMAYƏNDƏSİ absurdluğu ilə doldururlar. ( Bu absurdluğa ƏN, prokurorluq qiymət verməli olsa da, dəfələrlə müraciət etsək də, sonuc yoxdur.)

Sayğılı nazirimin  diqqətinə pensiya, təminatımın qərəzlə düz hesablanmadığını, məhkəməyə, prezidentə müraciətimə görə DQBİ-nin (özünün!) 1-ci dərəcəli Qarabağ əlilindən 30 milyon tələb etməsi, MPİ-nin 1978-ci ildən leytenant rütbəsi daşıyan zabitin, tabur komandirinin 1991-ci ildən Azərbaycan SQ-də “zabit rütbəsində xidməti barədə DQ-də məlumat olmaması” haqqında absurd iddialarını çatdırıram. Mənə nəinki zabit , komandir kimi, heç sıradan döyüşçü təminatına uyğun pensiya da qərəzlə verilmir. Təsəvvür edin, 390 manat vəzifə maaşı yazılıb, bu səbəbdən pensiyam tabeliyimdə olanlardan 3-4 dəfə azdır; nə işdənçıxarma, nə geyim-əşya, nə sığorta, nə məzuniyyət, ezamiyyət pulu verilib, nə xidmətim düz hesablanıb, nə mənzil və digər güzəştlər tətbiq edilir . Qərəz o həddədir ki, savaşda iştirakımı “xidməti ezamiyyət”, zədələnib hospitalda müalicəmi “məzuniyyət” kimi qələmə verirlər.

Daha utanıram qəbulunuza gəlim, ona görə qısaca problemi publik  işıqlandırıram. (Nə qədər elektron qaydada, kağız daşıyıcıda yazmaq olar, oxunur, baxılmır).

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam