Redaktor seçimi
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Günün xəbəri

Cinayət Məcəlləsində 295-ci maddə (də) var -Bilə-bilə ədalətsiz akt çıxaran hakimləri 3-8 il arası həbs gözləyir


İnzibati və mülki məhkəmə icraatında hakimlərin bilə-bilə ədalətsiz aktlar çıxarması artıq normaya çevrilib. Özü də bu ədalətsizlik təkcə iddianın, ərizənin rədd edilməsində yox, hətta təmin edilən ərizələr üzrə məhkəmə aktlarının icra olunmamasında daha qabarıq şəkildə görsənir.
Bu sətirlər jurnalist Məğrur Bədəlsoy tərəfindən Yenixeber.org-a daxil olmuş yazıda yer alır...

Aktuallğını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 32-ci fəsli ədalət mühakiməsi əleyhinə olan cinayətlər haqqındadır. 295-ci maddə ədalət mühakiməsini həyata keçirən hakimlərin bilə-bilə ədalətsizlik etmələrinə görə cinayət məsuliyyətini nəzərdə tutur. CMin 295.1-ci maddəsi hakimlərin bilə-bilə hökm, qətnamə, qərardad və ya qərar çıxarmasına görə 5-8 min manat arası cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını təsbit edir. 295.2 maddəsi isə azadlıqdan məhrum etmə barədə qanunsuz hökm çıxaran hakimlərin 3 ildən 8 ilədək azadlıqdan məhrum etməsinə gətirir. Di gəl…
Di gəl, prokurorluq, elə bil, bu maddəni bilə-bilə görməzliyə vurur. Baş prokurorluğun 161, 961 “qaynar xətt” əlaqə mərkəzləri şikayətçinin məhkəmənin adını çəkməsi ilə dəstəyi asmaqları bir olur. Növbətçi prokurorların dediyi kimi, deyə bilərsiniz ki, axı məhkəmə hakiminin ədalətsiz akt çıxarmasından yuxarı məhkəməyə şikayət verilməlidir və cinayəti sübut etmək gərəkir! Halbuki elə aktlar var ki, ədalətsizliyinin sübuta ehtiyacı yoxdur və eyni zamanda cinayəti sübut etmək görəvi istintaq, ittiham orqanının üzərinə düşür. Ədalətsizliyə uğramış şəxs cinayəti sübut edəcəksə, onda polis, prokurorluq orqanlarına nə ehtiyac var?
İnzibati və mülki məhkəmə icraatında hakimlərin bilə-bilə ədalətsiz aktlar çıxarması artıq normaya çevrilib. Özü də bu ədalətsizlik təkcə iddianın, ərizənin rədd edilməsində yox, hətta təmin edilən ərizələr üzrə məhkəmə aktlarının icra olunmamasında daha qabarıq şəkildə görsənir. Bilə-bilə edilən ədalətsizliyə baxın, məhkəmə (hakimi) özünün qəbul etdiyi qətnamənin, qərarın icrasına qadağa qoyur! Hətta tələbkarın icranı tələb edən
ərizələri MÜMKÜNSÜZ, YOLVERİLMƏZ sayılırsa, CM-in 295.1-ci maddəsi niyə tətbiq edilmir?
30 aydır borclu ƏƏSMN-in tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını (XŞTMF) özbaşına dayandırdığı 1 BİİM-in 05.07.2017-ci il tarixli Qərarın icrasına məcbur edən yoxdur. 1 BİİM-in varisi Bakı İnzibati Məhkəməsi tələbkar ərizə vermədikdə belə xidməti vəzifəsinə görə İCRA HAQQINDA QƏRARDAD çıxarmağa
borclu olduğu halda, heç tələbkarın mindən yuxarı ərizələrinə də baxmır!(?)
Özbaşınalıq o həddədir ki, elektron kabinetdən təqdim edilən ərizələrin, iddiaların qəbulundan da anında imtina edilir. Prokurorluq isə nəinki CM-in 295-ci maddəsini tətbiq edir, heç işi nəzarətə götürüb, icranı təmin də etdirə bilmir. Daha düzü, etmək istəmir. Baş prokurorluq, Məhkəmə Hüquq Şurası, Ombudsman, Azərbaycan Respublikasının (15 nəfərlik) Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Konstitusiyanın pozulmasına, korrupsiya faktına, məhkəmənin məhkəməyə hörmətsizliyinə 30 aydır qiymət verə bilmir, dəhşətdir!
Məhkəmə məhkəməyə, özünə hörmətsizlik edir, belə məhkəmə tıminatı hüququ olar, belə məhkəmə təminatı ilə məhkəmə qərarınln icrasına nail olmaq olar? Əlbəttə, ritorik sualdır. Bakı İnzibati Məhkəməsinin (BİM) hakimi Günel Sevdimalıyeva 2023-cü ildə tələbkar Qarabağ qazisinin MHŞ-dan gələn şikayəti əsasında 5 ay borclu XŞTMF-dən özbaşına dayandırdığı 05.07.2017-ci il tarixli Qərarın icrasını tələb edib, sonra rüşvətini (bunun başqa adı var?) alıb, icranın təmin olunduğunu bildirib. 2025-ci ildən qərarı çıxaran BİM-ə tələbkar qazinin verdiyi iddialar, ərizələr isə MÜMKÜN SAYILMIR!(?)
Hakimlər Aygün Əhədova, Aygün Abdullayeva, Günel Sevdimalıyevanın bilə-bilə ədalətsiz qərardadlarla icranı MÜMKÜNSÜZ SAYMALARINI Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Ceyhun Məmmədov üçlüyü, Elvin Əliyev, Cahangir Yusifov, Aytən Oruczadə, Günel Abbasova “dördlüyü”, Xəyalə Cəmilova, Orxan İsmayılov, Rəşid Səmədov üçlüyü) QANUNİ VƏ ƏSASLI sayıb.(?) Kassasiya şikayəti verməyə də vəkildən imtina edilir. Hansı ədalətli məhkəmə araşdırması hüququndan danışmaq olar? Məhkəmə qərarının icrasının təmin olunmasına tələbkarın ərizəsini MÜMKÜN SAYMAMAQ bilə-bilə ədalətsiz qərardad çıxarılmasını sübut edir. Konstitusiyanın 129-cu maddəsi isə məhkəmə qərarlarının dövlətin adından çıxarıldığını və icrasının MƏCBURİLİYİNİ təsbit edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını mümkün saymayan hakimlərin əməli CM-in 295.1-ci maddəsi ilə tövsif edilir. Bunu etməyə borclu olan baş prokurorluq məhkəmənin məhkəməyə hörmətsizliyinə son qoyacaqmı? Hələ ki, məhkəməyə də, Konstitusiyaya da saymazlıq sürür.
Payız da gəldi, məhkəmə hakimlərinin məhkəmə qərarlarının icrasını mümkün saymasının vaxtıdır. Eldə deyildiyi kimi, cücəni payızda sayarlar. 1 oktyabrda peşəsini bayram edən prokurorluq payızada MƏHKƏMƏ QƏRARININ İCRASINI MÜMKÜN SAYDIRACAQ, yoxsa CM-in 295.1-ci maddəsini?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam