Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

TÜRKİYƏ RƏSMƏN NÜVƏ DÖVLƏTİ OLUR... – “İslam ölkələri NATO-su” qurulur?

 İslam ölkələrinin on illərdir həll edə bilmədiyi birlik problemini İsrail bircə avia zərbə ilə həll edib

İsrailin Qətərə hücumu bölgədə geopolitik zəlzələ effekti doğurub. Görünən mənzərə belədir ki, İsrail Qətərdəki bir ofisi deyil, ABŞ-ın Orta Şərq maraqlarını darmadağın etdi. Bölgədə hamı bir anda anladı ki, ABŞ və Qərbin hakim olmadığı alternativ təhlükəsizlik sistemi qurulmalıdır. Bu istiqamətdə ciddi qərarlara artıq start verilib.

Yenixeber.org: Həmin qərarlar arasında ən əhəmiyyətlisi Səudiyyə Ərəbistanı ilə Pakistan arasındakı müdafiə paktıdır. NATO tərzində imzalanmış bu pakt “Birimiz hamımız üçün, hamımız birimiz üçün” prinsipinə arxalanır. Hər iki ölkə “iki dövlət, bir ordu” konseptini əsas götürür.

“Reuters”-ə danışan bir Səudiyyə Ərəbistanı rəsmisi müxbirin verdiyi “Bu müqavilə nüvə silahlarını da əhatə edirmi?” sualına belə cavab verib: “Müqavilə istisnasız olaraq bütün növ silah sistemlərini əhatə edir.”

Başqa sözlə, bu paktla Səudiyyə Ərəbistanı Pakistan nüvə çətirinin altına alınmış oldu. Pakistan tərəfinin açıqlamalarına görə, pakt bir tərəfli deyil — ikitərəfli müdafiə razılaşmasıdır. Yəni, Pakistan hücuma məruz qalarsa, Səudiyyə Ərəbistanı da Pakistanla birgə mübarizə aparacaq.

Pakistan tərəfinin bəyanatına görə pakta digər müsəlman ölkələri də qoşula bilər. Giriş qapısı açıq saxlanan bu pakta Türkiyə, Misir, Qətər və digər ölkələr qatılarsa, ərəblərin pulu, türklərin müasir hərbi texnologiyaları və pakistanlıların nüvə silahı ilə “İslam ölkələri NATO-su” ideyası real ola bilər.

Belə görünür ki, İslam ölkələrinin on illərdir həll edə bilmədiyi birlik problemini İsrail bircə avia zərbə ilə həll edib. Körfəzdəki ərəb monarxiyaları əsas təhlükə mənbəyi kimi artıq İranı deyil, İsraili görürlər. Təsəvvür edin: İsrailə qarşı etiraz sammitində İran prezidenti ərəb şeyxləri ilə yan-yana dayanmışdı. Qətər paytaxtında toplanan müsəlman liderlər İsrailə qarşı hansısa real cəza tədbirini gündəmə gətirmədilər. Lakin Qərb və İsrail mətbuatında yayılan çoxsaylı məlumatlara görə toplantının əsas əhəmiyyəti qəbul edilən bəyanat deyil — kuluarlarda və ikitərəfli görüşlərdə alınan qərarlardır.

Mətbuata açıqlanmayan belə qərarların bölgənin təhlükəsizlik arxitekturasını kökündən dəyişəcəyi ilə bağlı məlumatların sayı yetərincədir. Misir televiziyasına verdiyi müsahibədə Hakan Fidan bildirir ki, Qətər sammitində bağlı qapılar arxasında ciddi qərarlar alınmışdır.

İsrailin Haaretz qəzetinin yaydığı məlumata görə, Netanyahu hökumətinin siyasəti yəhudi dövlətini uçuruma aparır və Birləşmiş Ştatların regional mövqeyini zəiflədər. Məlum faktdır ki, Birləşmiş Ştatların Orta Şərqi nəzarətdə saxlamaq üçün yanına aldığı əsas müttəfiq İsraildir. Lakin İsrail oyunu çox böyütdü və bu, təkcə Tel-Əvivin deyil, həm də Vaşinqtonun regional maraqlarını ciddi zərbə altına qoyur. Ağ Ev öz maraqlarını xilas etmək üçün İsrailə verdiyi total dəstəyi kəsmək zərurətindədir. Ünlü The Economist dərgisinin birbaşa qapaqdan yayılan məlumata görə İsrail Birləşmiş Ştatların etibarını sürətlə itirir.

At izinin it izinə qarışdığı bu təlatümlü durum Türkiyənin nüvə proqramı baxımından da olduqca önəmlidir. İsrail generalları üstüörtülü şəkildə Türkiyəni və digər bölgə ölkələrini nüvə silahı ilə təhdid edirlər. Belə təhdidlər Ərdoğanın altı il öncə səsləndirdiyi “Səndə atom bombası varsa, məndə niyə olmasın” tezisinə sarsılmaz mənəvi haqq qazandırır.

Qərb mətbuatında gedən məlumatlara görə Pakistan Səudiyyə Ərəbistanını yalnızca nüvə çətiri altına almır, həm də bu dövlətə nüvə texnologiyaları verir. Pakistanla Türkiyə arasında da hərtərəfli hərbi-texnoloji işbirliyi həmişə olub. Qərb, xüsusilə yunan mətbuatında gedən çoxsaylı məlumatlara görə İslamabad çoxdan Ankaraya nüvə texnologiyalarını verib. Hətta yunan mətbuatında Türkiyə və Pakistanın birgə istehsalı olan taktiki nüvə silahlarının texniki parametrləri də yer alıb.

Bu tipli məlumatları Türkiyə tərəfi də dolayı yolla təsdiqləyir. Məsələn, Türkiyə Hərbi Dəniz Komandanlığı aylar öncə belə məlumat yaydı ki, Ankara nüvə-mühərrikli sualtı gəmilər istehsalına qərar verib. Mütəxəssislərin izahına görə nüvə bomba yaratmaq nüvə mühərriki istehsal etməkdən qat-qat daha asandır. Nüvə bombası istehsalı 80 illik köhnə texnologiyaya əsaslanır. Türkiyədə isə hələ ötən əsrin əllinci illərindən Çəkməcə Nüvə Araşdırma Mərkəzi fəaliyyət göstərir. Qısacası, Türkiyə həm öz təcrübəsi, həm də Pakistanın dəstəyi ilə atom bombası yarada bilər. Qalır məsələni addım-addım rəsmiləşdirmək.

Türkiyə enerji nazirinin İsrailin Qətərə hücumundan sonra səsləndirdiyi fikirlər bu istiqamətdə çalışmalara start verildiyini göstərir. Nazir Türkiyənin kiçik ölçülü nüvə reaktorları istehsalına başladığını və Çəkməcə Atom Mərkəzinin əhəmiyyətli dərəcədə genişləndirildiyini açıqlayıb. Enerji naziri ölkəsinin yeni nüvə həmləsi ilə bağlı Dünya Atom Agentliyinə müraciət edib. Bu müraciət Türkiyənin nüvə dövləti statusunun rəsmiləşdirilməsinə işarədir.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam