Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

BAYDEN VƏ TRAMPIN YAXŞI POLİS, PİS POLİS OYUNU... – Rusiya vaxtilə Qarabağda qurduğu tələyə indi Ukraynada düşür

          ABŞ həm Ukraynanın, həm də Rusiya sərvətlərini ələ keçirir

Yenixeber.org: Aylar öncə yazmışdıq: Rusiya-Ukrayna müharibəsi çox böyük təbii sərvətləri ələ keçirmək üçün anqlosaks ittifaqının yönəltdiyi geopolitik oyundur (˝Ukraynalıların və rusların qanı üzərində sərvət savaşı˝.).

Rusiya XİN rəhbəri Lavrovun sözlərinə görə, İstanbul danışıqları zamanı Moskva və Kiyev sülhə yaxın olublar, lakin Boris Conson Zelenski ilə görüşərək razılaşmanı əngəlləyib. Sərvət müharibəsi ilə bağlı deyilənlər təsdiqlənir. Təsdiqləyənlər də ABŞ-nin, Rusiyanın və Ukraynanın prezidentləridir. Tramp Ukraynadan nadir torpaq elementlərini tələb edir, Putin isə Sibirin alüminium qaynaqlarını və Ukraynanın faydalı qazıntı mədənlərini amerikalılarla birgə işlətməyə razılıq verir. Deməli, Birləşmiş Ştatlar addım-addım istəklərinə nail olur.

Oyunun necə yonləndirildiyinə baxaq. Kənardan elə görünür ki, Ukrayna müharibəsinə münasibətdə C.Baydenin və D.Trampın apardıqları siyasət daban-dabana ziddir. Bayden Ukrayna dostu və Rusiya düşməni idi, Kiyevə hər cür yardım edirdi, Zelenski Vaşinqtonda ayaq üstə alqışlanırdı. Tramp isə tam tərsinə, Ukraynanı “gözümçıxdıya salıb”, Zelenskini diktator adlandırır və Rusiya dostu olur. Yalnız ˝banan respublikalarında˝ ölkənin prezidenti dəyişəndə xarici siyasət də kökündən dəyişə bilir. ABŞ banan respublikası deyil...

Əslində, Bayden administrasiyasının və bütövlükdə Qərbin Ukrayna ilə dostluğu hər zaman müəmmalı olub. Müharibəni maksimum uzadıb, Rusiyanı zəiflətmək üçün Ukraynaya lazım olan qədər silahı heç zaman verməyiblər. Bütün tərəflər, o cümlədən Rusiya tərəfi də qəbul edirdi ki, Qərb istəsə ukraynalılara çox böyük miqdarda silah verib Ukrayna torpaqlarının geri qaytarılmasını təmin edə bilərdi. 

Putinin özü də etiraf edib ki, nüvə silahı nəzərə alınmasa, adi silahlarda və hərbi texnologiyalarda Qərb Rusiyadan qat-qat üstündür. Amma Kiyevə gərəkli miqdarda silah verilmədi. Trampın gəlişi və sərgilədiyi siyasət hamının bildiyi Rusiya-Ukrayna müharibəsi ˝sirrini˝ çılpaqlığı ilə ortalığa çıxardı.

Ər-Riyadda amerikalılar və ruslar bağlı qapılar arxasında danışıqlar aparır. Həmin danışıqlardan sonra V.Putin təbii sərvətlər məsələsini gündəmə gətirdi. 

Qərb mətbuatında Putinə istinadla belə məlumatlar göründü: ˝Amerikalılar hər zaman Sibir sərvətlərinin istismarında rus şirkətləri ilə birgə çalışıblar. Bu işbirliyi yenidən bərpa oluna bilər˝.

Üstəlik, Rusiya Prezidenti televiziyadakı canlı yayında Krasnoyarsk alüminium təsislərinin və Donbasdakı nadir torpaq elementləri qaynaqlarının amerikalılarla ortaq istismarı perspektivini gündəmə gətirdi.

Hadisələrin qısa xronologiyasına diqqət yetirək. Rusiya Ukraynaya qarşı müharibəyə girir, Bayden Kiyevə verilən silahın miqdarı ilə manipulyasiya edərək müharibəni dərinləşdirir, Conson danışıqları pozaraq sülhü əngəlləyir və estafet Trampa ötürülür. Tramp da həm Ukrayna, həm Rusiya sərvətlərini trampsayağı ˝reket˝ üslubunda tələb edir.

ABŞ-nin müharibəni uzatma və hər iki tərəfi tükəndirmə siyasəti nəticə vermiş kimi görünür. Nə Rusiyanın, nə də Ukraynanın qəti qələbə qazanma şansı yoxdur. Deməli, təbii sərvət tələblərini irəli sürmənin tam zamanıdır. Birləşmiş Ştatların əlində hər iki tərəfi sərvət razılaşmasına məcbur edəcək cox ciddi kart var. Bu, Ukraynaya göstərilən hərbi yardımların miqdarıdır. Ukrayna bu yardımdan həyati dərəcədə asılıdır və Zelenski, yumşaldılmış şəkildə də olsa Trampla sərvət bölgüsünə razılaşdı.

Rusiya da Ağ Evin ˝silah təchizatı˝ kartından tam asılı vəziyyətə düşüb. V.Putin Vaşinqtonun tələblərini qulaqardına vursa, ˝dəlisov˝ Trampın Ukraynaya təyyarələrdən tutmuş uzaqvuran raketlərə qədər ən müasir silahları çox böyük miqdarda verərək Rusiyanı ağılagəlməz dərəcədə ciddi problemlərə soxa bilər. Bu bir reallıqdır və tərəflərin hamısı bu reallığı görür.

Bayden və Tramp ABŞ-ni ikiyə bölən və daxili siyasətdə biri-birini bitirməyə çalışan iki böyük qruplaşmanın təmsilçiləridir. Ukrayna müharibəsinə münasibətdə isə səhnə önündə ziddiyyətli rollar oynasalar da, pərdə arxasında eyni nöqtəyə vururlar. Hollivud filmlərində olduğu kimi, Bayden ˝Ukrayna üçün yaxşı polis, Rusiya üçün pis polis˝ idi. Tramp isə ˝Rusiya üçün yaxşı polis, Ukrayna üçün pis polis˝ rolundadır. Oyunun nəticəsi göz önündədir. Həm Ukrayna, həm də Rusiya sərvətlərini ABŞ ilə bölüşməyə razılıq verirlər.

Amma böyük siyasətdə hansısa razılığın əldə olunması bu razılığın sona qədər işləyəcəyini təmin edə bilməz. Qarantiyalar lazımdır. Beynəlxalq siyasətdəki ən böyük qarantiya isə qarşı tərəfi daim asılılıqda saxlamaqdır. Birləşmiş Ştatlar buna nail olur. Müharibənin bitməməsi və hansısa formada dinamik atəşkəsin əldə olunması həm Ukraynanı, Həm də Rusiyanı Amerikanın ˝qarmağında˝ saxlayacaq. Necə ki, Rusiya Qarabağ müharibəsində nisbi atəşkəsi zorunlu edərək həm Azərbaycanı, həm də Ermənistanı öz asılılığında saxlaya bilirdi. İndi vaxtilə Qafqazda qurduğu tələyə Rusiyanın özü Ukraynada düşüb. Hazırkı mərhələdə bu tələdən qurtulmağa nə Ukraynanın, nə də Rusiyanın taqəti yoxdur.(Azpolitika)

Namiq Bilal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam