Redaktor seçimi
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Günün xəbəri

İRAN DAXİLİ SARSINTILARIN ASTANASINDA –Müqtəda əs-Sədr və Əli Sistani böyük məzhəb savaşını əngəllədilər

Son iki həftə ərzində Böyük Orta Doğuda baş verən hadisələr İrandakı fars hakimiyyəti üçün də fəlakətdir. 

Yenixeber.org: 45 ildir yönəldilən xarici siyasət, qoyulan yüz milyardlarla dolar vəsait, Livan, Suriya, İraq kimi dövlətləri öz çevrəsində saxlamaq üçün qurduğu məzhəb düşmənçiliyi siyasəti və s. cəmi 12 gündə külə döndü.

Livan “Hizbullah”-ının İranla əlaqəsi kəsildi, Suriyada sünni müsəlmanlar hakimiyyətə gəldilər və İranı düşmən dövlət elan etdilər. İraqda isə tam başqa proses başlayıb. Fars rejimi baxımından ən dramatik səhnə məhz İraqda yaşandı. Bu ölkədə ən böyük dini icma şiələrdir. İranın bütün basqılarına baxmayaraq, İraq şiələrinin ən önəmli siyasi lideri Müqtəda əs-Sədr şiə silahlı qruplaşmalarının Əsəd rejiminə yardıma getmələrinin qarşısını aldı. Çoxsaylı məlumatlara görə, İraqın şiə dini lideri Əli Sistani də əs-Sədrlə eyni mövqedən çixış edib. Bu olay, sözün tam mənasında, fars hakimiyyətinin sürdürdüyü məzhəb düşmənçiliyinin sona çatdığını göstərən ən parlaq hadisədir.

Təsəvvür edin, on minlərlə İraq şiə milisi Suriyada sünni müxaliflərə qarşı qanlı müharibəyə girsəydi, məzhəb düşmənçiliyi hansı səviyyədə alovlanardı. Gözlərimiz önündə baş verən və çoxlarımızın üstündən sakitcə keçdiyi dəhşətli mənzərə belədir: Fars rejimi İslam tarixinin bəlkə də ən böyük məzhəb savaşlarından birini avovlandırmağa çalışdı. İraq dini liderləri isə bu savaşı durdurdular. Belə görünür ki, fars məzhəbçi oyununun əsil mahiyyətini həm Suriyanın, həm də İraqın əsas xalqları olan ərəblər də anlayıblar. Beləki, göstərilən məzhəb savaşı baş tutsa idi, qanlı toqquşmanın hər iki tərəfində həlak olanlar məhz ərəblər olacaqdı: İraqın şiə ərəbləri və Suriyanın sünni ərəbləri. İraq fiaskosu fars məzhəbçi siyasəti baxımından, yalnızca geopolitik məğlubiyyət deyil, həm də məzhəbçilik ideologiyasının kökündən sarsılmasıdır.

İran İslam Respublikasının yaranışının ana nədəni və yaşamasının əsas şərti məzhəb düşmənçiliyinin körüklənməsi olub. Məzhəb düşmənçiliyi ideologiyası Qərb mətbəxinin məhsuludur. Bu ideologiyanın Qərb kəşfiyyat dairələri tərəfindən necə yaradıldığı və müxtəlif dövlətlərin bu proyektə necə cəlb edilmələri haqda yüzlərlə kitab yazılıb. Qərb, hakimiyyətdə qalmaları üçün farslara dəstək verib, rəsmi Tehran isə Qərbin sifarişini yerinə yetirərək məzhəb düşmənçiliyini regionda yayb. Suriyada müxaliflərin qələbəsindən və İraq şiələrinin Tehrana böyük “YOX” cavabından sonra bu dəngə dağılıb. Dəngənin dağılması fars hakimiyyəti üçün böyük Qərb dəstəyinin itirilməsi və sonun başlanğıcıdır.

Rəsmi Tehran görünən müstəvidə məzhəbçilik ideologiyasını və İsrail düşmənçiliyi siyasəti aparsa da, pərdə arxasında hər zaman türk dümənçiliyi siyasətini yürüdüb. İran, PKK terrorunu dəstəkləmə işində ABŞ, Rusiya, İsrail və Avropa ilə eyni mövqedən çıxış edib. Amma PJAK silahlı kürd təşkilatının fəaliyyət göstərdiyi İranın özü də bu separatizmin hədəfidir. Başqa sözlə, kürd separatizmi İranın bütövlüyünün özülünə yerləşdirilmiş barıt çəlləyidir, əsas sual isə bu çəlləyin fitilini kimin və nə zaman yandıracağıdır.

Məzhəb düçmənçiliyi ilə yanaşı, fars hakimiyyətini ayaqda tutan ideologiyanın ikinci ayağı İsrail düşmənçiliyidir. Bu qarşıdurma siyasəti əslində ˝danışılmış düşmənçilik˝ kimi başlasa da, hər iki rejimin maraqlarının çox böyuk ölçüdə toqquşması danışılmış düşmənçiliyi real düşmənçiliyə çevirib. İran sürətlə atom bombası yaradır və bu, İsrailin maraqları baxımından yolverilməzdir.

               İranı daxildən çokdürmə potensialı daşıyan əhəmiyyətli problemlərə baxaq.


Birinci problem. İran çoxmillətli ölkədir və fars rejiminin amansız milli siyasəti bütün millətləri rejimin əleyhinə çevirib. Şimal-qərbdə silahlı kürd separatizmi, cənub-şərqdə isə silahlı bəluc separatizmi var. Körfəz sahilində kompakt şəkildə yaşayan ərəblər də zaman-zaman separatçılıq əyləmlərinə əl atırlar. Qırx milyona yaxın İran türkləri arasında isə səssizcə çox dərin proseslər getməkdədir. R.T. Ərdoğanın ˝Arazı ayırdılar˝ şeri və Prezident İlham Əliyevin ˝qırx milyon Azərbaycan türkünün hüquqları pozulur˝ bəyanatı həmin prosesə verilən ˝ehtiyyatlı start˝ kimi nəzərdən keçirilə bilər.

İkinci problem. İran çox zəngin ölkədir. Amma fars rejimi ölkənin zənginliklərini dövlətin inkişafına və əhalinin rifahına deyil, Qərbin sifarişi ilə perspektivsiz məzhəb düşmənçiliyi və ˝Şiə Hilalı˝ proyektinə xərcləyib. Nəticədə regionun ən zəngin dövlətlərindən birinin əhalisi acınacaqlı iqtisadi durumdadır. Ağır sosial durum rejim üçün çox ciddi təhlükə mənbəyidir.

Üçüncü problem. Çox böyük paralar xərclənmiş ideologiya çöküb, İsraillə danışılmış düşmənçilik real düşmənçiliyə çevrilib. Bu fəlakətli uğursuzluq rejim daxilində böyük daxili hesablaşmalara yol açacaq. İran iqtisadiyyatının ən gəlirli sahələri İslam İnqilabı Keşikçiləri Korpusunun və SEPAH -ın nəzarətindədir. Dövlətin ideoloji siyasətini əsasən bu qurum aparırdı və bu səbəbdən həmin quruma bütün istiqamətlərdə ˝açıq kart˝ verilmişdi. İndi ideologiya çöküb, həmin qurumun uğursuz siyasəti və səlahiyyətləri sorğulanacaq. Böyük ehtimalla, İran daxilində yeni ˝sərvət müharibəsi˝ başlanacaq və bu, daxili sabitliyi zora soxacaq.

Dördüncü problem. İranın üzləşdiyi çox böyük problemlər fars rejimini iki böyük seçim qarşısında qoyur. Bunlardan birincisi real islahatlara getmək, ikincisi isə rejimin daha da sərtləşdirilməsidir. Belə rejimlər adətən islahatlara meyilli olmurlar. Sərtləşmə daha ağılabatandır və bu sərtləşməni izah etmək üçün fars rejimi İsrail düşmənçiliyini maksimum qabartmağa və atom bombası işini sürətləndirməyə çalışacaq. Atom bombası isə, həm İsrailin, həm də Qərbin İranla münasibətlərində qırmızı cizgidir. İsrail tərəfi real düşmənə çevrilmiş fars rejiminin nüvə silahı əldə etməməsində və rejimin sıradan çıxarılmasında qərarlı görünür. Üstəlik, Trampın gəlişi ilə İsrailin İran siyasətinin daha da sərtləşəcəyi proqnozlaşdırılır.

İsrail hər addımda ˝kürdlər müttəfiqimizdir˝ deyir. Heç şübhəsiz, İsrailin müttəfiqləri yalnız türk düşməni PKK terrorçuları deyil, həm də İran düşməni PJAK separatçılarıdır. İsrail, ABŞ-nin də dəstəyi ilə, nüvə silahı yaratma ərəfəsində olan İranın nüvə obyektlərini bombalaya və İrandakı kürd separatizmini alovlandıra bilər. Hadisələr bu istiqamətdə inkişaf edərsə, İran çox böyük çıxmazın içinə girmiş olacaq.(azpolitika)

Namiq Bilal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam